Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ölkənizin vətəndaşları səsvermə hüququnu həyata keçirməklə demokratiyaya uzunmüddətli sadiqlik nümayiş etdirdilər və yenidən Sizin liderliyinizə etimad göstərdilər.

ABŞ vətəndaşı və Yuta ştatının senatoru kimi mən Birləşmiş Ştatlar ilə Azərbaycan arasında yaranmış uzunmüddətli konstruktiv tərəfdaşlığı yüksək qiymətləndirirəm. Ölkələrimiz dünyada sülh və tərəqqi naminə birlikdə terrorizmlə mübarizə, siyasi münaqişələrin həlli, enerji təhlükəsizliyi, iqtisadi sabitliyin təmini istiqamətində birgə çalışırlar və çalışacaqlar.

Demokratiya ideallarına sadiqliyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Regiondaregionun hüdudlarından kənardakı çoxsaylı ölkələrdə Sizin yüksək nüfuzunuz vardır. Hər zaman dəyişən qlobal çağırışlarla üzləşdiyimizdən ABŞ-ın bəxti gətirmişdir ki, belə bir nüfuzlu müttəfiqi vardır.

Prezidentliyinizin növbəti dövründə də Sizə böyük uğurlar arzu edirəm.

Hörmətlə,

 

 

Cin DEYVİS,

ABŞ-ın Yuta ştatının senatoru

Azərbaycan.-2013.-  23 noyabr.- S.2.