Bakıda xalq artisti Rasim Ocaqovun barelyefi açılmışdır

 

Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ respublika Dövlət mükafatları laureatı, xalq artisti Rasim Ocaqovun Bakıda vaxtilə yaşadığı binada (Hüseyn Cavid prospekti 22, 535-ci məhəllə) barelyefinin açılışı olmuşdur. Barelyefin müəllifləri xalq rəssamı Səlhab Məmmədov əməkdar rəssam Əli İbadullayevdir.

Mədəniyyət incəsənət xadimlərinin, ziyalıların iştirak etdiyi mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev ekran həyatı verdiyi əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun mənalı ömür yolu zəngin yaradıcılığından söz açmışdır.

Ə.Qarayev vurğulamışdır ki, Prezident İlham Əliyevin 2013-cü il 6 avqust tarixli sərəncamı ilə milli kino sənətimizin inkişafı təbliği işinə dəyərli töhfələr vermiş Rasim Ocaqovun 80 illik yubileyi ölkəmizdə geniş qeyd edilir.

Bildirilmişdir ki, 1933-cü il noyabrın 22-də dünyaya göz açan Rasim Ocaqov orta məktəbi başa vurduqdan sonra 1951-1956-cı illərdə Moskvada Kinematoqrafiya İnstitutunda təhsil almışdır. Daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. 1956-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator, 1973-cü ildən ömrünün sonunadək quruluşçu rejissor işləmişdir.

Nazir demişdir ki, Rasim Ocaqov həm operator, həm rejissorluq peşəsində xarakterlər ustası olduğunu çəkdiyi ekran əsərlərində dəfələrlə sübut etmişdir. Onun bütün filmlərində dramaturq, rejissor, bəstəkar ideyalarının kompleksləşmiş əksi aktyor ifaçılığında özünü aydın göstərmiş, milyonların rəğbətini qazanmışdır.

Tədbirdə xalq artisti Eldar Quliyev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kino sənətinin inkişafında əvəzsiz rol oynamış, ömrünün 50 ilini kinematoqrafiyaya həsr etmiş Rasim Ocaqovun sənət dünyasından, kino sahəsindəki xidmətlərindən, yaratdığı dəyərli ekran əsərlərindən söhbət açmış, onun həyatından maraqlı məqamlara toxunmuşlar.

Vurğulanmışdır ki, R.Ocaqov rejissor kimi milli kinomuzun bədii salnaməsini yaratmışdır. Onun filmlərinin üstünlüyü ondadır ki, R.Ocaqov üçün mövzu məhdudiyyəti olmamışdır. Tarixi filmdə , psixoloji dram janrında da eyni ciddiyyətlə çalışmışdır. Ölməz sənətkarın yaradıcılığının əsas qayəsi insanın mənəviyyatını, psixologiyasını, həyatdakı mövqeyini ekranda dəqiq xarakterizə etmək müasirlərinin mənəvi keyfiyyətlərini təhlil obyektinə çevirməkdən ibarət olmuşdur.

Vurğulanmışdır ki, R.Ocaqov "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" digər filmlərində müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırır, "Təhminə", "Otel otağı" kimi son ekran əsərlərində ciddi mövzulara toxunur, yenə insanın ətraf aləmə münasibətindən söhbət açırdı.

Sənətkarın ailəsi adından çıxış edən Altay Həsənov R.Ocaqovun xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.-2013.-  23 noyabr.- S.7.