Prezident İlham Əliyev Yeni Zelandiyanın Azərbaycanda

 yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş  fövqəladə və səlahiyyətli səfiri Taha Makfersonun etimadnaməsini qəbul etmişdir.

Səfir Taha Makferson fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Taha Makferson etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

 Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan dövlət başçısı əməkdaşlıq imkanlarının araşdırılmasının tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin önəmini qeyd etdi.

Səfir Taha Makferson yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik etdi. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  24 noyabr.- S.1.