Bosniya və Herseqovinanın Rəyasət

Heyətinin Sədri zati-aliləri cənab Jelko Komşiçə

 

Hörmətli cənab Sədr!

Bosniya və Herseqovinanın milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə BosniyaHerseqovina arasındakı ənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 24 noyabr.- S.1.