«Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanını "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 89; 2009, ¹ 7, maddə 532; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 sentyabr tarixli 975 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1 "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (ikinci halda), dördüncü hissəsinin 1-ci bəndində və 10-cu maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;";

1.2. 2.2-ci bənddə "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri "həmin qanunun" sözləri ilə əvəz edilsin;

1.3.  aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

"2.2-1. həmin qanunun 3-cü maddəsinin "Qeyd" hissəsinin birinciikinci cümlələrində, 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;".

 2. Bu fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 24 noyabr.- S.1.