«Təbii inhisarlar
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə» Azərbaycan
Respublikasının 2013-cü il 22 oktyabr tarixli 766-IVQD
nömrəli qanununun tətbiqi və «Təbii
inhisarlar haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq
olunmasını təmin edən əlavə tədbirlər
barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli
fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 766-IVQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsində və 9-cu maddəsinin birinci hissəsinin ikinci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
4.
"Təbii inhisarlar haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq olunmasını təmin edən
əlavə tədbirlər barədə" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 154, ¹ 10, maddə 640; 2007,
¹ 6, maddə 601) üçüncü abzasında "və
9-cu maddəsinin onuncu abzasında" sözləri ", 5-ci
maddəsinin 3-cü hissəsində, 9-cu maddəsinin birinci
hissəsinin ikinci və doqquzuncu bəndlərində"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 24 noyabr.- S.2.