«Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq, "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 12 dekabr tarixli 509-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹3, maddə 155; 2006, ¹12, maddə 1005; 2007, ¹11, maddə 1053; 2008, ¹6, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

"3. Təbii inhisar subyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

2. 9-cu maddənin birinci hissəsinin ikinci bəndində "dövlət reyestrini aparmaq" sözləri "siyahısının müəyyən edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 24 noyabr.- S.2.