Yeni Azərbaycan Partiyasının 21-ci ildönümünə

 həsr olunmuş mərasim keçirilmişdir

 

Yeni Azərbaycan Partiyasının yaranması yeni tariximizin

 mühüm hadisələri arasında əhəmiyyətli yer tutmuşdur

 

 

Noyabrın 23-də "Four Seasons" hotelində Yeni Azərbaycan Partiyasının (YAP) 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov başda partiyanın sədri, Prezident İlham Əliyev olmaqla bütün üzvləri təbrik edərək demişdir ki, Azərbaycanın yeni tarixində çox mühüm siyasi əhəmiyyətə malik olan hadisələr baş vermişdir. Bu hadisələr arasında YAP-ın yaradılması xüsusi yer tutmuşdur. YAP yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoymuş, tez bir zamanda böyüknüfuzlu siyasi təşkilata çevrilmişdir. Partiyaya Heydər Əliyev kimi görkəmli şəxsiyyətin rəhbərlik etməsi cəmiyyətin bütün təbəqələrinin bu siyasi təşkilatın ətrafında birləşməsinə səbəb olmuşdur.

Azərbaycan vətəndaşlarını 21 il əvvəl narahat edən problemlər bu gün öz yerini davamlı inkişafa və tərəqqiyə vermişdir. Ölkəmizin bugünkü inkişafına gəlib çatmasının başlıca amili ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycanda məhz Heydər Əliyevin müəyyən etdiyi yol uğurla davam etdirilmişdir. Təsadüfi deyildir ki, oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərində xalqın böyük əksəriyyəti məhz Heydər Əliyev strateji kursunu davam etdirən İlham Əliyevə səs vermişdir. Bu qələbə onu deməyə əsas verir ki, ulu öndərin ideyalarına dayanaraq yaranan milli dövlətimiz min illər boyu yaşayacaqdır.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov partiyanın yaranması və tarixi missiyası haqqında geniş məruzə etmişdir.

Bildirilmişdir ki, 1992-ci il noyabrın 21-də YAP böyük tarixi şəxsiyyətlər yetirmiş qədim Naxçıvan torpağında təsadüfdən deyil, zərurətdən yaranmışdır. Ötən 21 il ərzində ictimai həyatımızın bütün sahələrini əhatə edən dövlət quruculuğu məsələləri asan və rəvan yollarla getməmiş, obyektivsubyektiv səbəblərdən irəli gələn problemlərin aradan qaldırılması üçün böyük iradə tələb olunmuşdur. Çətinliklərə baxmayaraq, müasir Azərbaycan cəmiyyəti ictimai, siyasiiqtisadi zəmində baş verən sosial gərginliklərə sinə gərmiş, ölkə real parçalanma təhlükəsindən xilas olaraq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. Bütün bunlar isə yalnız XX əsrin görkəmli dövlət xadimi YAP-ın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində mümkün olmuşdur. Müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev, eyni zamanda, ən yeni tariximizin çətin anlarından şərəflə çıxmış və müstəqilliyimizin gerçəkləşməsində, ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynamışdır.

Ulu öndərimizin qurduğu Azərbaycan ona görə daim yaşayacaqdır ki, Heydər Əliyev hələ sağlığında öz siyasi məktəbini yaratmış və bu siyasi məktəbin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etməsini tövsiyə etmişdir. XXI əsr dünya siyasi arenasında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin əsl qarantına və xalqımızın bənzərsiz liderinə çevrilmişdir.

Qeyd olunmuşdur ki, bu gün Prezident İlham Əliyev xalqımızın lideri kimi ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etməklə, siyasi-diplomatik uğurlar qazanmaqla, regionda sülhünictimai sabitliyin qorunmasına təminat yaratmaqla Azərbaycanın nüfuzunu qaldırmış, öz şəxsiyyətinin nümunəsində azərbaycanlı obrazını ucaltmışdır. Artıq qətiyyətlə demək olar ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı zəiflik mənbəyindən güc mərkəzinə çevirmişdirsə, Prezident İlham Əliyev sosial-iqtisadi yüksəlişə nail olmaqla qlobal dünyada Azərbaycanı müasirinkişaf etmiş dövlətə çevirmişdir.

Beləliklə, keçən illərin çətin və ziddiyyətli sınaqlarından uğurla çıxmış YAP təkcə dünənin və bu günün partiyası deyil, həm də aydın sabahımızın partiyasıdır. Dünənin partiyasıdır ona görə ki, Heydər Əliyevin rəhbərliyi ilə yarandığı ilk gündən ölkənin və millətin parçalanma təhlükəsinin qarşısını almışdır. Bu günün partiyasıdır ona görə ki, siyasiideoloji kursunda azərbaycançılıq məfkurəsinə söykənərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daim yeniləşən gələcəyə aparır. Gələcəyin partiyasıdır ona görə ki, milli mənlik şüurumuzda nə qədər ki, millət, dövlət anlayışları yaşayırsa YAP-da yaşayacaqdır.

Sonra mərasim konsert proqramı ilə davam etmişdir.

Mərasimdə hökumət üzvləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclər iştirak etmişlər.

 

Azərbaycan.-2013.- 24 noyabr.- S.3.