Parisdə «Azərbaycan - tolerantlıq məkanı» mövzusunda sərgi açılmışdır

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun

 prezidenti Mehriban Əliyeva sərgidə iştirak etmişdir

 

 

 

Noyabrın 22-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin "Azərbaycan - tolerantlıq məkanı" mövzusunda fotosərgisi açılmışdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sərgidə iştirak etmişdir.

Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı, Fondun vitse-prezidenti Leyla Əliyevanı və qonaqları salamlamış, "Azərbaycan - tolerantlıq məkanı" adlı sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqatinin Azərbaycanın, həmçinin Fransanın böyük dostu olduğunu bildirmişdir.

Səfir ekspozisiyadakı fotoların dünyanın bir çox ölkələrində tolerantlığın mövcud olduğunu nümayiş etdirdiyini bildirmiş, sərginin bir qədər əvvəl UNESCO-da keçirildiyini xatırlatmışdır.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək bildirmişdir ki, müxtəlif dinietnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və nadir formasının yaranmasına səbəb olmuşdur.

Leyla Əliyeva qeyd etmişdir ki, multikulturalizmetnik-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir və bu gün ölkəmizdə mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin nümayişi məhz Azərbaycan dövlətinin bu xüsusiyyətin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və dünyada təbliği istiqamətindəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir.

Ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə yüksək dəyər verildiyini deyən Leyla Əliyeva bu sərginin indiyə qədər UNESCO, Avropa Parlamenti və BMT-də təşkil olunduğunu bildirmiş, dünyada dözümsüzlük hallarının artdığı bir vaxtda Azərbaycanın fərqli dinlərin və millətlərin bir arada firavan yaşamasının ən gözəl örnəyinə çevrildiyini vurğulamışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA demişdir:

- Azərbaycan nisbətən gənc ölkə olsa da, bizim çox qədim tariximiz vardır. Son illər hökumətimizin Heydər Əliyev Fondunun dəstəyi ilə 20-dən çox məscid, kilsə sinaqoq yenidən qurulmuş bərpa olunmuşdur. Şübhəsiz ki, ölkəmizdə bütün dinlərə hörmət vardır. Eyni zamanda, indi Bakı iki ildən bir keçirilən Mədəniyyətlərarası Dialoq Forumuna, o cümlədən hər il baş tutan Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun mərkəzi kimi tanınır.

Əziz dostlar, bugünkü sərgi dünya şöhrətli fotoqraf, bizim əziz dostumuz Reza Deqati tərəfindən yaradılmışdır. Bu sərgi müxtəlif dinlərə mənsub olan insanların bizim ölkəmizdə necə sülh şəraitində yaşadığını əks etdirir. Bu cür adi normal hadisənin hazırda dünyada qeyri-adi bir hadisəyə çevrilməsi kədərli haldır. Amma müsəlmanların, xristianların yəhudilərin bir yerdə yaşadıqları, sünni şiələrin birgə ibadət etdikləri Azərbaycanda bu, həmişə adi, normal həyat tərzi olub belə davam edəcəkdir".

Fransa Senatının Qafqaz-Azərbaycan dostluq qrupunun üzvü Jan-Mari Bokel sərgidə nümayiş etdirilən fotolardan zəngin təəssürat aldığını bildirmiş qeyd etmişdir ki, bu gün multikulturalizmi siyasi dövriyyədən çıxarmağa çalışan bir sıra Avropa dövlətlərindən fərqli olaraq dini mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevirən Azərbaycanı bu nailiyyətlərinə görə yalnız alqışlamaq olar. Çünki Prezident İlham Əliyev Azərbaycanın tolerant imicinin dünyada tanıdılması istiqamətində böyük işlər görür.

Senator bu yaxınlarda Azərbaycana səfər etdiyini, Gəncədə olduğunu xatırlatmış, ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dostluq mehribanlıq şəraitində yaşadığını, Azərbaycandakı tolerantlığın digər ölkələrə nümunə olduğunu, həmkarlarının Azərbaycanın dostu olduğunu, tolerantlığın insanlar arasında ünsiyyət yaratması istiqamətində əhəmiyyətini vurğulamış, bütün dünyada təhdidlərin hökm sürdüyü bir vaxtda tolerantlığın vacibliyini diqqətə çəkmişdir.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan yüksək sürətlə inkişaf etməklə yanaşı, tarix boyu bu ölkədə formalaşmış mədəni dini müxtəlifliyin nadir harmoniyasının yaranmasına nail olmuşdur. Məhz bu cəhətdən Azərbaycan dünyanın bir çox ölkələrinə, xüsusilə İslam coğrafiyasının dövlətlərinə nümunə ola bilər.

Baş direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsinin müasir sivil dünya üçün dözülməz fakt olduğunu bildirmiş torpaqlarımızın tezliklə azad olunmasına çağırmışdır.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi, Parisdə yaşayan dünyanın tanınmış fotoqraflarından biri, əslən azərbaycanlı olan Reza Deqati tədbirin iştirakçılarına Azərbaycanda rastlaşdığı dözümlülük mühitinin dünyada nadir modellərdən biri olduğunu vurğulamış, Heydər Əliyev Fonduna bu nəcib təşəbbüsə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir.

Sonra sərginin iştirakçıları qonaqlar Azərbaycanda hökm sürən tolerantlıq mühitindən bəhs edən filmə baxmışlar.

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonaqlar sərgi ilə tanış olmuşlar. Bu sərgidə dünya şöhrətli fotoqraf Reza Deqatinin müxtəlif vaxtlarda Azərbaycana səfərləri zamanı çəkdiyi ölkəmizdəki tolerantlığı əks etdirən fotoları sərgilənir. Buradakı fotolardan da aydın olur ki, Azərbaycan hər zaman fərqli dinlərin, müxtəlif millətlərin qardaşlıq şəraitində yaşadığı ölkə olub. Xalqımız tarixin hər bir dönəmində dünyaya tolerantlıq nümunəsi nümayiş etdirib. Bütün dövrlərdə Azərbaycanda müxtəlif dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına sahib çıxmasına, bütün millətlərin nümayəndələrinin ölkəmizin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılıb. Bu da dövlət səviyyəsində xalqımızın dini-mənəvi milli dəyərlərinin qorunub saxlanılması istiqamətində görülən mühüm işlərin nəticəsində mümkün olub.

Azərbaycan Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi, ölkəmizdə tolerantlıq mühitinin qorunub saxlanmasına hər zaman diqqət göstərir. Odur ki, bu gün müasir Azərbaycan dünyaya dini tolerantlıq, multikulturalizm millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir, dinlərarası dialoq daha da gücləndirilir. Heydər Əliyev Fondu da bu işə öz töhfəsini verir.

Sərgidə Fransanın dövlət hökumət rəsmiləri, UNESCO-nun baş direktoru İrina Bokova, Fransanın Frankafoniya məsələləri üzrə naziri, Fransa Prezidentinin Frankafoniya üzrə xüsusi təmsilçisi Yamina Benqiqi, Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri Rəşidə Dati, xarici ticarət naziri Nikol Brik, senatorlar, deputatlar, tanınmış incəsənət ustaları, fransız ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarından ibarət 500-dən çox qonaq iştirak etmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2013.- 24 noyabr.- S.4.