AzərTAc-da Yeni Azərbaycan
Partiyasının
yaradılmasının 21-ci ildönümü qeyd edilmişdir
Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü münasibətilə yığıncaq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə YAP-ın yaradıcısı, müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Yığıncaqda geniş məruzə dinlənilmişdir. Məruzə və çıxışlarda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın yarandığı tarixi şəraitdən, ötən 21 ildə keçdiyi şərəfli yoldan və qazanılan mühüm uğurlardan bəhs edilmişdir. Bildirilmişdir ki, YAP Azərbaycanın son dərəcə ağır və böhranlı günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə tarixi zərurətdən yaranmışdır. YAP daim öz fəaliyyətində dünyəvi prinsipləri, müstəqilliyin və dövlətçiliyin qorunmasını, ədalətliliyi və humanizmi, xalqın mənafeyini uca tutmuşdur.
Təkcə Azərbaycanın deyil, Cənubi Qafqaz regionunun ən böyük partiyası olan YAP-ın mütəşəkkil siyasi qüvvəyə, yenilikçi və avanqard təşkilata çevrildiyini vurğulayan natiqlər ulu öndər Heydər Əliyevin siyasi xəttinin bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Diqqətə çatdırılmışdır ki, YAP-ın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olmuşdur. Təsadüfi deyildir ki, partiya yarandığı vaxtdan indiyədək keçirilmiş bütün seçkilərdə qələbə qazanmışdır.
Sonda
Azərbaycanda prezident seçkilərinin hazırlanmasında
və keçirilməsində ictimai-siyasi fəaliyyətinə
görə AzərTAc-ın bir qrup əməkdaşına YAP
Səbail rayon təşkilatının fəxri fərmanları
təqdim edilmişdir.
Azərbaycan.-2013.- 24 noyabr.- S.6.