Azərbaycan Prezidenti İlham Əliyevə «Jurnalistlərin
dostu» mükafatı təqdim edilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu" seçilmişdir. Noyabrın 24-də bu münasibətlə mərasim keçirilmişdir.
Bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi münasibətilə təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun AMAŞOV dedi:
- Hörmətli cənab Prezident!
İcazə verin, çıxışıma başlamamışdan əvvəl "Jurnalistlərin dostu" adını ikinci dəfə qazanmağınız münasibətilə bütün həmkarlarım adından Sizi təbrik edim, Sizə ən xoş duyğularımı bildirim. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi "Jurnalistlərin dostu" mükafatını 1997-ci ildə təsis edib. Niyyətimiz cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatının qalibi kimi çıxışı, Azərbaycan mediasının dünəni, bu günü və sabahı ilə bağlı fikirlərini bölüşməsi hamımız üçün böyük şərəf və hər zaman fərəhlə anılan, unudulmaz xatirədir. İndi 2013-cü ilin qalibini təbrik etdiyim bir gündə 11 il öncəki tarixi də yada salmaqdan böyük məmnunluq duyuruq.
"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin bu ilin sentyabrında təşkil etdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzetinin, 6 jurnalın, 11 informasiya agentliyinin, 12 xəbər portalının, 7 telekanalın, 4 radionun və 11 jurnalist təşkilatının rəyləri öyrənilibdir. Sorğunun nəticələrinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 89 faiz səslə qalib gəlibdir.
Cənab Prezident, bizim sorğuda ikinci və üçüncü yerləri tutanları da biz qeyd edirik. İkinci və üçüncü yerləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri və "Bakcell" şirkətinin baş icraçı direktoru bölüşüblər. Onların da hər birinə təbrikimizi yetiririk.
Hörmətli mərasim iştirakçıları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ikinci dəfədir ki, jurnalistlərin dostu seçilir. Milli jurnalistikamızın mənsubları ilk seçimlərini 2010-cu ildə ediblər. Seçimi zəruriləşdirən amillərə diqqət çatdırmaq istərdim. Əvvəlcə media ilə bağlı önəmli yaşantıları yada salardım. Milli mətbuatımızın 135 illik yubileyi bütün ölkədə bayram kimi qeyd olundu. Dövlətimizin başçısının imzaladığı sərəncama əsasən Bakıda və bütün bölgələrdə çoxsaylı tədbirlər həyata keçirildi, 100-dən çox media təmsilçisi "Əməkdar jurnalist", "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına, "Tərəqqi" medalına layiq görüldü. Ən böyük sevinclərdən biri Mətbuat Şurasında yaşandı.
Hörmətli cənab Prezident, Mətbuat Şurasının şəxsi diqqətinizlə ərsəyə gəlmiş yeni binasının açılışını bildirən lenti kəsdiniz. Şuranın idarə heyətinin üzvləri ilə keçirdiyiniz görüşdə medianın inkişafı ilə bağlı konseptual baxışınızı ifadə etdiniz. Bu baxış Azərbaycan mediasının perspektivlərini müəyyənləşdirmək baxımından son dərəcə önəmli idi. 2010-cu il iyulun 22-də jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan sərəncam imzalamaqla milli mətbuatımızın 135 illik yubileyi təntənəsinə yeni ovqat bəxş etdiniz. Artıq 156 mənzilli binanın sakinləri məlumdur. Bu il jurnalistlər üçün yeni yaşayış binasının təməlini qoydunuz. Daha neçə-neçə həmkarımızı onun sakininə çevirmək üçün ümidləndirdiniz, cənab Prezident. Söz yox ki, o amil də jurnalistlərimizin 2013-cü il seçiminə təsirsiz ötüşməyib. Amma qalibiyyəti yalnız bu faktla bağlamaq istəməzdim.
Ölkə mediası, sözün əsl mənasında, keyfiyyət dəyişiklikləri dövrünü yaşayır. Artıq internet Azərbaycan vətəndaşlarının operativ informasiya tələbatını ödəyən dünyəvi ünsiyyət vasitəsinə çevrilibdir.
Çoxsaylı internet, televiziya və radiolar on minlərlə insana yenilikləri çatdırır. "Facebook"
şəbəkəsi ölkənin
bir milyondan çox vətəndaşını
əhatə edir.
Otuz mindən çox bloqqer sərbəst və maneəsiz fikir və mülahizələrini
cəmiyyətlə bölüşür.
Jurnalist ictimaiyyətimiz bütün
bunları, 2013-cü ilin
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmasının məntiqi nəticələrini
əyani surətdə
görür və dəyərləndirir. Mətbuat Şurası
da fəaliyyətini zamanın tələblərinə
uyğun şəkildə
qurur. Bilavasitə peşəkarlıq prinsiplərinin onlayn medianı da əhatə etməsinə
yönələn layihələr
reallaşdırır.
Son beş ilin
mühüm yeniliklərindən
biri də KİV-lərə dövlət dəstəyinin sistemli mexanizminin yaranmasıdır.
Bu, özünü mətbuat orqanlarının
maddi-texniki bazasının
möhkəmlənməsində, jurnalistlərin peşəkarlığının
yüksəlməsində göstərməkdədir.
Davamlı proseslər ictimai
missiya yerinə yetirən jurnalistləri təkcə peşələrinə
bağlamır, eyni zamanda, medianın cəmiyyətdəki nüfuzunu
yüksəldir, ümumən
demokratik cəmiyyət
quruluculuğunda dövlətin
jurnalistikaya dəyər
verdiyini, etimadını
bir daha təsdiqləyir. Hamımız yaxşı bilirik ki, bütün bunların qarantı dövlətimizin başçısıdır,
cənab Prezident, Sizsiniz.
İnsan amilinin, dövlətin vətəndaşına qayğısının
üzərində xüsusi
dayanmaq istərdim. Bu qayğının sırf
jurnalistə yönələn
nümunəsinə "Teleqraf.az" saytının baş redaktoru Nicat Dağların şəxsində
şahidlik etdik.
Bir müddət əvvəl bu jurnalistimizin həyatı təhlükədə
idi, cənab Prezident. Siz çox vacib
bir anda insan taleyinə reaksiya verdiniz. Şəxsi göstərişiniz əsasında
onun Almaniyada dövlət hesabına müalicəsi təşkil
olundu. Bu gün şükürlər
olsun ki, o aramızdadır. Belə həssas
münasibətinizə görə
Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, jurnalistlər cəmiyyətin
düşünən beynidir. Onlar hadisə
və proseslərə
özlərinə xas
yanaşmaları ilə
seçilirlər. Bu mənada Azərbaycan jurnalistləri Sizin şəxsinizdə təkcə
dövlətin onlara göstərdiyi qayğını
deyil, eyni zamanda, yeritdiyiniz daxili və xarici siyasət kursunu yaxından izləyirlər. Söz
yox ki, onların
Sizi özlərinə
ikinci dəfə dost seçmələri, eyni zamanda, yüksək səriştəli dövlət
adamı olmağınızdan,
prinsipial dəst-xəttinizdən,
Azərbaycanın dövlət
müstəqilliyini qətiyyətlə
qorumağınızdan, Vətənimizi
beynəlxalq aləmdə
layiqincə təmsil etməyinizdən, son 10 ildə
ölkəmizi dinamik iqtisadi inkişaf müstəvisinə çıxarmağınızdan,
bir sözlə, Azərbaycanın dünya
dövlətləri arasında
layiqli yerini tutmasından qaynaqlanır.
Heç şübhəsiz, bütün
bunlar öz nəticəsini insanların
rifah halının yüksəlməsində, onların
həyat şəraitinin
durmadan yaxşılaşmasında
göstərir. Media cəmiyyətin
güzgüsüdür. Azərbaycan cəmiyyəti 9 oktyabr seçkisində Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti
seçdi. Sizi bu münasibətlə ölkə
jurnalistləri adından
bir daha təbrik edir, qarşıdakı fəaliyyətinizdə
uğurlar arzulayırıq.
Cənab
Prezident, Siz "Jurnalistlərin dostu" mükafatının qalibisiniz.
Media təmsilçilərimiz
Sizi həmişə özlərinin dostu biliblər. Sizi növbəti dəfə
bu mükafatın qalibi seçməklə sadiq dostlarına olan ehtiramlarını bir daha nümayiş
etdiriblər. Bu dostluq
media təmsilçiləri ilə hər görüşünüzdə qaldırılan məsələlərə
həssas münasibətinizdən,
irəli sürülən
təkliflərin real, əməli
iş müstəvisinə
daşınmasından qaynaqlanır.
Bu mərasimin də yaddaşlarda eyni ruhda qalacağına
tam əminik.
Sizi bir daha "Jurnalistlərin dostu" adını qazanmağınız münasibətilə
ürəkdən təbrik
edirik.
İcazə verin, cənab Prezident, mükafatı Sizə təqdim edək.
Mətbuat Şurasının sədri
Əflatun Amaşov
"Jurnalistlərin dostu"
mükafatını Prezident
İlham Əliyevə
təqdim etdi.
Dövlət başçısı mərasimdə
giriş nitqi söylədi.
Azərbaycan.-2013.- 26 noyabr.- S.1.