Azərbaycan Prezidenti İlham Əliyev konqresmenlərdən
ibarət ABŞ nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də konqresmenlər - Vaşinqton ştatından demokrat Cim MakDermott, Virciniya ştatından demokrat Ceyms Moran, Missuri ştatından respublikaçı Billi Lonq, Nyu Cersi ştatından demokrat Donald Peyndən ibarət ABŞ nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev ABŞ nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını dedi.
Konqresmenlər ölkəmizdə gedən sürətli inkişaf proseslərindən məmnunluqlarını ifadə etdilər.
Görüşdə
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş
Ştatları arasında ikitərəfli əlaqələrin
inkişafında müxtəlif səviyyəli
qarşılıqlı səfərlərin önəmi qeyd
olundu, əməkdaşlığımızın perspektivləri
ilə bağlı geniş fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 26 noyabr.- S.4.