Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq

 Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir.

Baş katib Ekmələddin İhsanoğlu yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik etdi. O, İslam Əməkdaşlıq Təşkilatını təmsil edən böyük müşahidə missiyasının seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırdı. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri olduğunu vurğulayan Ekmələddin İhsanoğlu təşkilatın layihələrinə Azərbaycanın verdiyi dəstəyin önəmini qeyd etdi.

Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.   

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  26 noyabr.- S.4.