Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Bəhreyn xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Xalqınızın bu seçimi ölkənizin parlaq gələcəyi naminə rəhbərliyinizə olan inamın əyani göstəricisidir. Növbəti prezidentliyiniz dövründə daha da böyük uğurlara nail olacağınıza və xalqınızın öz arzularına çatacağına ümid edir, Sizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzu edirəm.
Dərin hörmət və yüksək ehtiramla,
Həməd bin İsa Al
XƏLİFƏ,
Bəhreynin Kralı
Azərbaycan.-2013.- 26 noyabr.- S.4.