Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I kitab, maddə 584, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr 699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966, 971; 2010, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr 936, 938, 949, ¹ 12, maddə 1059; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 162, 164, 167, 168, 170, ¹ 4, maddələr 246, 254, ¹ 6, maddələr 470, 479, 487, ¹ 7, maddələr 596, 614, ¹ 10, maddə 881, ¹ 11, maddə 981, ¹ 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, ¹ 1, maddə 3, ¹ 2, maddə 50, ¹ 3, maddə 194, ¹ 4, maddə 271, ¹ 5, maddə 404, ¹ 6, maddə 499, ¹ 7, maddələr 649, 665, 667, ¹ 9 maddə 843, ¹ 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, ¹ 1, maddələr ¹ 12, 13, 23, ¹ 2, maddələr 90, 100, ¹ 3, maddələr 205, 218, 220, 225, ¹ 4, maddələr 354, 361, ¹ 5, maddələr 461, 473, 480, ¹ 6, maddələr 601, 617, 627, 629, ¹ 7, maddə 777, ¹ 8, maddə 888) aşağıdakı dəyişikliklər edilsin:
1. 206-cı maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 206. Qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulması
Qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə -
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan altı min manatadək miqdarda cərimə edilir.".
2. 207-ci maddə aşağıdakı
redaksiyad
a verilsin:
"Maddə 207. Qiymətli
kağızların emissiyası
və buraxılışı
qaydalarının pozulması
Qiymətli kağızların emissiyası
və buraxılışı
qaydalarının pozulmasına
görə -
fiziki şəxslərə
xəbərdarlıq edilir
və ya iki yüz manatdan
dörd yüz manatadək miqdarda, vəzifəli şəxslərə
xəbərdarlıq edilir
və ya altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər üç
min manatdan beş min manatadək miqdarda cərimə edilir.".
3. 208-ci maddə aşağıdakı
redaksiyada verilsin:
"Maddə 208. Qiymətli
kağızlar bazarında
peşəkar fəaliyyətin
həyata keçirilməsi
qaydalarının pozulması
208.0. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata
keçirilməsi qaydalarının
pozulmasına, yəni:
208.0.1. broker fəaliyyətinin həyata keçirilməsi
qaydalarının pozulmasına
görə-
vəzifəli şəxslər
altı yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç
min manatdan dörd min manatadək miqdarda cərimə edilir;
208.0.2. diler fəaliyyətinin
həyata keçirilməsi
qaydalarının pozulmasına
görə -
vəzifəli şəxslər
altı yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç
min manatdan dörd min manatadək miqdarda cərimə edilir;
208.0.3. klirinq fəaliyyətinin
həyata keçirilməsi
qaydalarının pozulmasına
görə-
vəzifəli şəxslər
altı yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç
min manatdan dörd min manatadək miqdarda cərimə edilir;
208.0.4. qiymətli kağız
sahiblərinin reyestrinin
aparılması üzrə
fəaliyyətin həyata
keçirilməsi qaydalarının
pozulmasına görə
-
vəzifəli şəxslər
yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər beş
min manatdan altı min manatadək miqdarda cərimə edilir;
208.0.5. depozitar fəaliyyətinin
həyata keçirilməsi
qaydalarının pozulmasına
görə-
vəzifəli şəxslər
yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər beş
min manatdan altı min manatadək miqdarda cərimə edilir;
208.0.6 aktivlərin idarə edilməsi üzrə fəaliyyətin
həyata keçirilməsi
qaydalarının pozulmasına
görə -
vəzifəli şəxslər
yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir;
208.0.7. fond birjası fəaliyyətinin həyata
keçirilməsi qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər
yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz
min manatdan doqquz min manatadək miqdarda cərimə edilir.
4. 209-cu maddənin
sanksiyasında "altmış
manatdan yetmiş manatadək" sözləri
"üç yüz
manatdan dörd yüz manatadək" sözləri ilə,
"yüz əlli manatdan iki yüz
manatadək" sözləri
"min beş yüz
manatdan iki min manatadək" sözləri
ilə əvəz edilsin.
5. 210-cu maddə ləğv edilsin.
6. 211-ci maddənin sanksiyasında
"qırx beş manatdan doxsan manatadək" sözləri
"beş yüz manatdan altı yüz manatadək" sözləri ilə,
"yüz əlli manatdan iki yüz
manatadək" sözləri
"üç min manatdan
dörd min manatadək"
sözləri ilə əvəz edilsin.
7. Aşağıdakı məzmunda
211-2-ci maddə əlavə
edilsin:
"Maddə 211-1. Qiymətli
kağızlar bazarında
qiymətlərlə manipulyasiya
Qiymətli kağızlar bazarında
qiymətlərlə manipulyasiyaya
görə -
fiziki şəxslər
üç yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər
altı min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.".
8. 212-ci maddənin sanksiyasında
"yüz manatdan iki yüz manatadək"
sözləri "üç
yüz manatdan dörd yüz manatadək" sözləri
ilə, "üç
yüz manatdan beş yüz manatadək" sözləri
"səkkiz yüz manatdan doqquz yüz manatadək" sözləri ilə əvəz edilsin.
9. 213-cü maddə
üzrə :
9.1. adında "yayınma" sözündən
sonra
", yaxud təhrif edilmiş məlumatın verilməsi" sözləri,
dispozisiyasında "yaxud"
sözündən sonra
"təhrif edilmiş
məlumatın verilməsi
və ya" sözləri əlavə
edilsin;
9.2. sanksiyasında "altmış
manatdan səksən manatadək" sözləri
"altı yüz manatdan yeddi yüz manatadək" sözləri ilə,
"iki yüz manatdan üç yüz manatadək" sözləri "min manatdan
min beş yüz manatadək" sözləri
ilə əvəz edilsin.
10.
214-cü maddə üzrə:
10.1. dispozisiyasında "peşəkar iştirakçısı
və ya emitent və ya qiymətli kağızlar bazarının
peşəkar iştirakçılarının
özünü tənzimləyən
təşkilatı" sözləri
"iştirakçısı" sözləri ilə əvəz edilsin;
10.2. sanksiyasında "fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar on beş
manatdan iyirmi manatadək miqdarda cərimə edilir," sözləri çıxarılsın,
sanksiyasında "yetmiş
manatdan doxsan manatadək" sözləri
"beş yüz manatdan altı yüz manatadək" sözləri ilə,
"doxsan manatdan iki yüz manatadək"
sözləri "iki
min manatdan üç
min manatadək" sözləri
ilə əvəz edilsin.
11. 215-ci maddənin sanksiyasında
"beş manatdan iyirmi beş manatadək" sözləri
"iki yüz manatdan üç yüz manatadək" sözləri ilə,
"əlli manatdan yetmiş manatadək" sözləri "beş yüz manatdan altı yüz manatadək" sözləri
ilə, "iki yüz manatdan üç yüz manatadək" sözləri
"min manatdan min beş
yüz manatadək" sözləri
ilə əvəz edilsin.
12.
216-cı maddə üzrə:
12.1. dispozisiyasında "və digər girovun dövlət qeydiyyatına alınması"
sözləri "dövlət
qeydiyyatına alınması
və girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi"
sözləri ilə əvəz edilsin;
12.2. sanksiyasında "on beş
manatdan iyirmi beş manatadək" sözləri "iki yüz manatdan üç yüz manatadək" sözləri
ilə, "iyirmi beş manatdan qırx manatadək" sözləri "beş yüz manatdan altı yüz manatadək" sözləri
ilə, "yüz əlli manatdan iki yüz manatadək"
sözləri "min manatdan
min beş yüz manatadək" sözləri
ilə əvəz edilsin.
13. 217-ci maddənin sanksiyasında
"qırx beş manatdan altmış manatadək" sözləri
"səkkiz yüz manatdan doqquz yüz manatadək" sözləri ilə,
"yüz əlli manatdan iki yüz
manatadək" sözləri
"iki min manatdan üç min manatadək"
sözləri ilə əvəz edilsin.
14. 219-cu maddənin sanksiyasında
"əlli manatdan yetmiş manatadək" sözləri "üç
yüz manatdan beş yüz manatadək" sözləri
ilə, "yüz əlli manatdan iki yüz manatadək"
sözləri "üç
min manatdan dörd min manatadək"
sözləri ilə əvəz edilsin.
15. 220-ci maddənin sanksiyasında
"yetmiş manatdan doxsan manatadək" sözləri "altı
yüz manatdan yeddi yüz manatadək" sözləri
ilə, "iki yüz manatdan iki yüz əlli
manatadək" sözləri
"üç
min manatdan dörd min manatadək"
sözləri ilə əvəz edilsin.
16.
221-1-ci maddə üzrə:
16.1.
221-1.0.1-ci maddənin dispozisiyasında
"edilmiş" sözündən
sonra "və ya keçirilmə hüququ əldə edilməmiş" sözləri
əlavə edilsin;
16.2.
221-1-ci maddənin sanksiyasına
"fiziki şəxslər
səkkiz yüz manatdan doqquz yüz manatadək miqdarda cərimə edilir," sözləri əlavə edilsin, "əlli manatdan yetmiş manatadək" sözləri "min manatdan
iki min manatadək"
sözləri ilə,
"yüz əlli manatdan iki yüz
manatadək" sözləri
"səkkiz min manatdan
doqquz min manatadək"
sözləri ilə əvəz edilsin.
17.
324.1-ci maddə üzrə:
17.1. dispozisiyasında "vəzifəli şəxsləri
tərəfindən öz
səlahiyyətləri daxilində
qəbul etdikləri tələbnamələrin (qərarların)"
sözləri "vəzifəli
şəxslərinin öz
səlahiyyətləri daxilində
qəbul etdikləri tələbnamələrin (qərarların)
və ya icrası məcburi olan göstərişlərin"
sözləri ilə əvəz edilsin;
17.2. sanksiyasında "altmış
manatdan səksən manatadək" sözləri
"səkkiz yüz manatdan doqquz yüz manatadək" sözləri ilə,
"yüz əlli manatdan iki yüz
manatadək" sözləri
"üç min manatdan
dörd min manatadək"
sözləri ilə əvəz edilsin.
18.
324.2-ci maddə üzrə:
18.1. dispozisiyasında "peşəkar iştirakçısı,
emitent, yaxud özü-özünü tənzimləyən
təşkilat" sözləri
"iştirakçıları" sözləri ilə əvəz edilsin;
18.2. sanksiyasında "iyirmi manatdan əlli manatadək" sözləri "beş yüz manatdan altı yüz manatadək" sözləri
ilə, "yüz əlli manatdan iki yüz manatadək"
sözləri "min beş
yüz manatdan iki min manatadək" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr
2013-cü il
Azərbaycan.-2013.- 26 noyabr.- S.5.