«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

 

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 572; 2011, ¹ 12, maddə 1089) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1-ci maddədə "qanunundan," sözündən sonra

 

" "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilsin;

 

2. 2-ci maddə üzrə:

 

2.1. 2.0.5-ci maddədə "istehsalatda" sözündən əvvəl "İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla" sözləri əlavə edilsin;

 

2.2. 2.0.5-ci və 2.0.7-ci maddələrdə "qanunvericiliklə" sözü " "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri ilə əvəz edilsin;

 

3. 3-cü maddə üzrə:

 

3.1. 3.1.1-ci maddədə "qanunvericiliyə" sözü "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə" sözləri ilə, "hərbi və ya xüsusi rütbəsi olan şəxslər" sözləri " "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri və andlı iclasçılar, habelə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər" sözləri ilə əvəz edilsin;

 

3.2. 3.2-ci maddədə "qanunvericiliyə" sözü "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə" sözləri ilə əvəz edilsin;

 

4. 5-ci maddə üzrə:

 

4.1. 5.0-cı maddə 5.1-ci maddə hesab edilsin;

 

4.2. 5.1.2.3-cü maddədə "onun" sözü və "və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən" sözləri çıxarılsın;

 

4.3. aşağıdakı məzmunda 5.2-ci və 5.3-cü maddələr əlavə edilsin:

 

"5.2. Bu qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür:

 

5.2.1. 18 yaşına çatmamış uşaqlar;

 

5.2.2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək;

 

5.2.3. ata, ana, ər, arvad, övlad "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlildirsə;

 

5.3. Bu qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər.";

 

5. 6.1.1-ci maddədən "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri, 7.1.6-cı maddədən "qanunvericiliklə nəzərdə tutulmuş qaydada" sözləri və 7.2.4-cü maddədən "qanunvericiliyə uyğun olaraq" sözləri çıxarılsın;

 

6. 6.1.2-ci maddədə "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq" sözləri ilə əvəz edilsin;

 

7. 6.1.4-cü, 6.2.4-cü, 7.1.7-ci və 7.2.14-cü maddələrdə "qanunvericilikdə" sözü "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin;

 

8. 8.1.5-ci və 8.2.4-cü maddələrdə "qanunvericilikdə" sözü "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bu qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş faydalanan şəxslər münasibətdə), "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin;

 

9. 9.1.7-ci maddədə "qanunvericilikdə" sözü "bu qanunun 20-ci maddəsində" sözləri ilə əvəz edilsin;

 

10. 9.1.8-ci və 9.2.4-cü maddələrdə "qanunvericilikdə" sözü "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin;

 

11.  11-ci maddə üzrə:

 

11.1.  11.1-ci maddədə "istehsalatda" sözündən əvvəl "İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla" sözləri əlavə edilsin;

 

11.2. 11.2-ci maddənin ikinci cümləsində "Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı" sözləri "Sığortaçı" sözü ilə əvəz edilsin;

 

11.3. 11.7.2-ci maddədə "qanunvericiliyə uyğun olaraq" sözləri "icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələrinin başqa şəxsə keçməsinin mümkün olmadığı halda fiziki şəxs sığortalı öldükdə, yaxud hüquqi şəxs" sözləri ilə əvəz edilsin;

 

11.4. 11.7.4-cü maddədə "qanunvericilikdə" sözü "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində" sözləri ilə əvəz edilsin;

 

11.5. 11.9-cu maddədə "qanunvericilikdə" sözü "Azərbaycan Respublikasının Mülki Məcəlləsində" sözləri ilə əvəz edilsin;

 

12. 16-cı maddə üzrə:

 

12.1. 16.3.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 16.3.3-cü maddə əlavə edilsin:

 

"16.3.3. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.";

 

12.2. 16.4-cü maddədə "müalicəyə" sözündən əvvəl "həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar" sözləri əlavə edilsin;

 

13.  17-ci maddə üzrə:

 

13.1. 17.4-cü maddədə "Birdəfəlik" sözü "Bu qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik" sözləri ilə əvəz edilsin;

 

13.2. aşağıdakı məzmunda 17.7-ci maddə əlavə edilsin:

 

"17.7. Bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş halda, birdəfəlik sığorta ödənişi sığorta olunanın bu qanunun 17.2-ci maddəsinə uyğun olaraq hesablanmış orta aylıq əməkhaqqının on iki misli məbləğində hesablanır.";

14.  18-ci maddə üzrə:

14.1. 18.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"18.2. Annuitet müqaviləsi üzrə sığorta ödənişi faydalanan şəxsə həmin müqavilədə razılaşdırılmış gündən verilir.";

14.2. 18.3-cü maddədən "və ya annuitet müqaviləsi" sözləri çıxarılsın;

14.3. 18.5-ci maddədə "qanunvericilikdə" sözü "qanunla" sözü ilə əvəz edilsin;

15. 20.0.3-cü maddədə "Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə" sözləri "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə" sözləri ilə əvəz edilsin;

16. 23-cü maddədə "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri "Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 26 noyabr.- S.5.