«YARAT!» Müasir
İncəsənət Məkanının təşkilatçılığı
ilə Bakıda
«Future Shorts» qısametrajlı
filmlər festivalının
payız mövsümü
başlanmışdır
"YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə "28 Cinema"da dünyanın ən böyük "Future Shorts" festivalının on birinci payız mövsümünün filmlərinin nümayişinə başlanılmışdır.
AzərTAc xəbər verir ki, hazırda festivalın tamaşaçıları dünyanın 6 qitəsinin 90 ölkəsində və 325 şəhərində yaşayırlar.
Mövcudluğunun 10 ilində festivalın təşkilatçıları peşəkarların və həvəskarların Monqolustan və Qazaxıstan da daxil olmaqla, Finlandiyadan Mexikoyadək ərazini əhatə edən ən böyük şəbəkəsini yaratmağı bacarmışlar. Hər il nümayişlərdə qısametrajlı filmlərin təxminən 40 min pərəstişkarı iştirak edir. Lakin təşkilatçıların planları daha irəliyə doğru uzanır.
Festivalın
payız proqramına 70 beynəlxalq mükafat, Lilldə Avropa
Kino Festivalının mükafatını və Brüssel
Qısametrajlı Filmlər Festivalında "Qran-pri"
almış "Amar" (rejissor Endryu Hinton, Hindistan, 2011),
"Rəngli film" (rejissor Meqan o`Hara, ABŞ, 2008) sənədli
filmləri, "Lal axan çay" (rejissor Anja Miruna
Lazareçu, Almaniya-Rumıniya, 2011) dramı daxildir.
Proqrama
həmçinin "Whateverest" (rejissor Kristofer Borqli,
Norveç-Danimarka, 2012) sənədli filmi, "A Distracai de
İvan" (rejissor Cavi Borces, Qustavo Melo, Braziliya, 2009)
dramı, "Bonfeather" (rejissor Natan Qillis, Kallum Patterson,
Kanada, 2009) animasiya filmi və BAFTA mükafatını
almış "Voyage D`Affaires" (rejissor Şon Ellis, Fransa,
2008) komediyası daxil edilmişdir.
Filmlərin
nümayişi "28 Cinema"nın dəstəyi ilə
dekabrın 1-dək davam edəcəkdir.
Azərbaycan.-2013.-27 noyabr.-S.7.