Xalq rəssamı Tahir Salahova

 

Hörmətli Tahir Salahov!

Sizi - müasir dövrün görkəmli sənətkarını 85 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı çoxşaxəli fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Siz təsviri sənət tarixinə "sərt üslub"un banilərindən biri kimi həmişəlik daxil olmusunuz. Şərq Qərb mədəniyyətlərinin bütün çalarlarını özündə əks etdirən bənzərsiz yaradıcılıq dəst-xəttiniz əsrlərin minilliklərin qovuşuğunda xüsusi əhəmiyyət daşıyır. Son illərin məhsulu olan əsərləriniz əyani surətdə nümayiş etdirir ki, ecazkar rənglər dünyasının dərin sirləri, gözəllik, xeyirxahlıq əmək mövzuları ən ali bəşəri dəyərlər olaraq yenə Sizin diqqət mərkəzinizdədir.

Əsərlərinizdə doğma Azərbaycanın həyatının ahəngi daim hiss olunmuşdur. Günəşi, dənizi, nefti, qədim Azərbaycan əfsanələrinin ruhunu Abşeronun ab-havasını tərənnüm edən rəsmləriniz milli mədəniyyətimizin möhtəşəm hadisəsi kimi qəbul edilir. Ərsəyə gətirdiyiniz portretlər, peyzaj natürmortlar bütünlükdə Azərbaycan rəssamlıq məktəbinə geniş şöhrət qazandırmışdır. Teatr rəssamı monumental layihələrin rəhbəri olaraq xidmətləriniz danılmazdır.

Siz fırça ustalarının bir çox nəslinin yetişdirilməsində böyük rol oynamısınız. Sovet İttifaqı miqyasında ictimai fəaliyyətiniz mədəni siyasətin həyata keçirilməsinə sanballı töhfə vermiş neçə-neçə yaradıcı insanın sənət aləmində öz yolunu tapmasına kömək etmişdir.

Layiq görüldüyünüz çoxsaylı təltiflər fəxri adlar fitri istedadınıza müxtəlif ölkələrdə verilən yüksək qiymətin etirafıdır. Sərgilərinizin coğrafiyası, eləcə dünyanın məşhur muzeylərində saxlanan əsərləriniz dünya incəsənətinin inkişafında əhəmiyyətli yer tutduğunuzu təsdiq edir.

Əminəm ki, Siz yaradıcılığınızın pərəstişkarlarını bundan sonra da sevindirəcək, Azərbaycan təsviri sənətinin ənənələrini zənginləşdirəcək şöhrətini artıracaqsınız.

Ən xoş arzularla,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 29 noyabr.- S.1.