«Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli fərmanını "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 384; 2003, ¹ 10, maddə 582; 2007, ¹ 2, maddə 87, ¹ 6, maddə 601, ¹ 8, maddə 769; 2008, ¹ 8, maddə 719; 2010, ¹ 10, maddə 848; 2011, ¹ 4, maddə 290; 2012, ¹ 10, maddə 953) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. dördüncü abzasa "Energetika Nazirliyi" sözlərindən sonra ", alternativ və bərpa olunan enerji sahəsinə münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;

2. beşinci abzasa "Energetika Nazirliyi," sözlərindən sonra "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi," sözləri əlavə edilsin;

3. səkkizinci abzasda "Nazirliyi həyata keçirir" sözləri "Nazirliyi, həmin müqavilələr alternativ və bərpa olunan enerji ilə əlaqədar bağlandıqda isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi həyata keçirir" sözləri ilə əvəz edilsin, "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;

4. doqquzuncu abzasa "Energetika Nazirliyi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 29 noyabr.- S.3.