«Azərbaycan Respublikası Prezidentinin
bəzi fərmanlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli
fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-ci il 23 oktyabr tarixli 977 nömrəli fərmanını "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 582; 2007, ¹ 8, maddə 769, ¹12, maddə 1246) 1-ci hissəsinin 5-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
1. ikinci abzasa "Energetika Nazirliyi" sözlərindən sonra ", alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;
2. üçüncü abzasa "Energetika Nazirliyi" sözlərindən sonra ", alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;
3.
dördüncü abzasa "Energetika Nazirliyinin" sözlərindən
sonra ", alternativ və bərpa olunan enerji istehsal edən
stansiyalara münasibətdə Azərbaycan
Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin" sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 29 noyabr.- S.3.