«Azərbaycan Respublikası Sənaye və
Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan
Enerji Mənbələri üzrə
Dövlət Agentliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli
fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli fərmanını "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Azərbaycan
Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və
Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli
182 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 11, maddə 885;
2012, ¹ 12, maddə 1264) 2-ci hissəsində "Sənaye və
Energetika Nazirliyi" sözləri "Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 29 noyabr.- S.3.