«Azərbaycan Respublikası fəxri
adının vəsiqəsi nümunəsinin və Azərbaycan
Respublikası fəxri adlarının döş
nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 9 iyun tarixli 879 nömrəli fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 9 iyun tarixli 879 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 6, maddə 285; 2004, ¹ 3, maddə 137; 2005, ¹ 8, maddə 705; 2006, ¹ 2, maddə 81; 2010, ¹ 5, maddə 388, ¹ 9, maddə 777; 2012, ¹ 11, maddə 1102) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissənin iyirminci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:
"Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adının döş nişanı və vəsiqəsi - 250 ədəd.".
2. Həmin
fərmanla təsdiq edilmiş Azərbaycan Respublikası fəxri
adının vəsiqəsinin nümunəsi bu fərmana əlavə
olunmuş Azərbaycan Respublikası fəxri adının vəsiqəsinin
yeni nümunəsi ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 29 noyabr.- S.3.