Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 5, maddə 300; 2001, ¹ 7, maddə 467; 2002, ¹ 6, maddə 341; 2003, ¹ 10, maddə 544; 2004, ¹ 2, maddə 61; 2005, ¹ 10, maddə 915; 2006, ¹ 2, maddə 81; 2010, ¹ 5, maddə 388; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 7, maddə 683) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci bəndin birinci abzasında "bədən tərbiyəsi və idman," sözlərindən sonra "kənd təsərrüfatı," sözləri əlavə edilsin.

2. 4-cü bənddə:

2.1. beşinci abzasdan ", bir qayda olaraq," sözləri çıxarılsın;

2.2. on səkkizinci abzasda "verilə bilər" sözləri "verilir" sözü ilə əvəz edilsin;

2.3. bəndə aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:

"Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı kənd təsərrüfatının inkişafında xüsusi xidmət göstərmiş və bu sahədə yüksək nailiyyət əldə etmiş kənd təsərrüfatı məhsulları istehsalçılarına, emalçılarına, aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının, aqrar sahənin xidmət təşkilatlarının işçilərinə, aqrar sahəni idarəetmə orqanlarının əməkdaşlarına verilir.".

3. 6-cı bənddən ", bir qayda olaraq," sözləri çıxarılsın.

4. 8-ci bənddə "İcra Aparatında" sözləri "Administrasiyasında" sözü ilə əvəz edilsin.

5. 13-cü bəndin üçüncü abzasında və

16-cı bənddə "İcra Aparatına" sözləri "Administrasiyasına" sözü ilə əvəz edilsin.

6. 14-cü bəndin ikinci abzası ləğv edilsin.

7. 15-ci bəndin birinci abzasında "Fərmanı ilə məhrum edilə bilər" sözləri "sərəncamı ilə məhrum edilir" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 29 noyabr.- S.3.