Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana

 Sisteminin təqdimatı keçirilmişdir

 

Noyabrın 28-də Muzey Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə "Ultra" şirkəti tərəfindən hazırlanmış Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin (ALİSA) təqdimatı keçirilmişdir.

Tədbirə Azərbaycanda kitabxana sistemlərinin inkişafından bəhs edən filmin təqdimatı ilə başlanılmışdır.

Təqdimat mərasimində mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycanda kitabxanaların müasirləşdirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açmışdır.

Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 2007-ci il 20 aprel tarixli sərəncamına dövlət başçısının 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq kitabxanaların maddi-texniki təminatı, informasiya texnologiyalarının tətbiqi vəziyyəti yaxşılaşdırılmışdır. Hazırda kitabxanalarda elektron kataloq, elektron kitabxana, habelə veb-saytların yaradılması işi həyata keçirilir. Bu gün təqdimatı keçirilən ALİSA sistemi məhz bu istiqamətdə görülən işlərin bariz göstəricilərindədir.

Vurğulanmışdır ki, Vahid Mərkəzləşdirilmiş Kitabxana Sistemi şərti olaraq iki hissədən - ictimaiyyətə açıq olan vahid mərkəzləşdirilmiş Kitabxana portalından inzibati, daxili istifadə üçün nəzərdə tutulan proqram təminatından ibarətdir.

Nazir demişdir ki, bu sistem pilot layihə çərçivəsində artıq Bakı şəhərinin Xətai, Nərimanov Səbail rayonlarının  mərkəzləşdirilmiş kitabxana sistemlərində tətbiq olunmağa başlanmışdır.

Ə.Qarayev demişdir ki, bu gün müasir texnologiyalar hər gün yenilənir. Biz gərək bu istiqamətdə işimizi elə quraq ki, inkişaf etmiş ölkələr sırasından geri qalmayaq, onlarla ayaqlaşa bilək. Bu baxımdan inanıram ki, təqdimatına toplaşdığımız ALİSA sistemi milli kitabxanalarımızın dünya kitabxana sisteminə inteqrasiyasına öz dəyərli töhfəsini verəcəkdir.

Tədbirdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov rabitə informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə yeni sistemin tətbiqini yüksək qiymətləndirmişlər.

Sonra "Ultra" şirkəti idarə heyətinin üzvi Tahir Mirkişili şirkətin digər əməkdaşları yeni sistemin özəllikləri ilə bağlı geniş məlumat vermişlər.

Bildirilmişdir ki, sistemin bütün elementləri müasir Oracle platforması üzərində hazırlanmışdır. İstifadəçi üçün asan interfeysə malik ALİSA sisteminin tətbiqi zamanı şirkətin əməkdaşları kitabxanalarla sıx əməkdaşlıq etmişlər. Sistemin hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən yararlanmaqla yanaşı, xüsusi kitabxana işi üzrə mütəxəssis komanda ilə işlənilmişdir. ALİSA ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir.

Diqqətə çatdırılmışdır ki, sistem komplektləşdirmə, kataloqlaşdırma, oxucu bazası, elektron kataloq, idarəetmə, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya digər modullardan ibarətdir.

ALİSA kompleks layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün nəzarət mexanizmini həyat keçirir, kitabxana daxili prosesləri kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir. Sistemin onlayn rejimdə çalışması, buraya dünyanın istənilən nöqtəsindən daxil olmaq imkanı yardır. Sistemdə kitabxananın bütün fəaliyyəti nəzərə alınmışdır. Buraya kataloq düzəltmə, komplektləşdirmə, kitab sifarişi, kitabların verilməsi, oxucuların qeydiyyatı əməkdaşlar haqqında məlumatlar aiddir. Sistem həmçinin nadir axtarış sistemi müxtəlif çeşidli hesabatlara malikdir. Yeni sistemdən istifadə etməklə kitabxana rəhbərliyi oradakı proseslərə dair istənilən hesabatı görə, Mədəniyyət Turizm Nazirliyi isə bütün kitabxanalara nəzarət etməklə yanaşı, istənilən hesabatı əldə edə biləcəkdir.

Vurğulanmışdır ki, layihə çərçivəsində xüsusi portal yaradılmış burada ölkənin bütün kitabxanalarının saytları yer almışdır.

ALİSA sisteminin vasitəsilə 50 saniyəyə əldə olunan ilk oxucu bileti - plastik kart mədəniyyət və turizm naziri Əblüfəs Qarayevə təqdim edilmişdir.

 

Azərbaycan.-2013.- 29 noyabr.- S.8.