Şərəflə yaşanan
ömür
Bu gün nəvələrinin, nəticələrinin sevdiyi, başına pərvanə kimi dolandığı Ceyran nənənin keçdiyi şanlı, şərəfli ömür yolu nəinki öz övladlarına, bütün el-obaya örnəkdir. Elə buna görə el anası dedikləri bu qadın həyatının bütün məqamları ilə özündən sonrakı nəslə, bax, ibrət götür diktəsini edir.
1923-cü il noyabrın 29-da qədim Azərbaycan şəhəri İrəvanın Təpəbaşı məhəlləsində doğulan Ceyran Qulu qızı Rzayeva ömrünün bu çağında ən böyük təsəllisini xatirələrdən alır. Həyat yoldaşı Həmidin 1943-cü ildə müharibədə həlak olması onu sarsıtsa da, taleyin bu zərbəsini mərdliklə qarşıladı. Müharibədən sonra Kərbəlayi Qulunun qapısını yenidən elçilər döyməyə başladı, amma Ceyranın buz bağlamış ürəyinin donu açılmaq bilmirdi. Yalnız altı ildən sonra - 1949-cu ildə Hüseynlə ailə qurdu. Göyçə mahalının Toxluca kəndində yaşayan ailənin Fəxriyyə, Fazilə, Mehriban, İradə, Zülfüqar, Kəmalə, Rövşən adlı övladları dünyaya gəldi. İrəvan Kənd Təsərrüfatı Texnikumunu bitirən Hüseyn Toxluca kəndində ferma müdiri, zootexnik, sovxozun təchizat məsələləri üzrə direktor müavini vəzifələrində çalışdı, el-obada halal insan kimi tanındı.
O illərdə Ceyran Rzayeva Toxluca məktəbində müəllim işlədi. Pedaqoji fəaliyyəti dövründə istedadlı müəllim kimi tanındı. Bütün kənd sakinləri məktəbə ilk qədəmlərini qoyan övladlarının Ceyran müəllimin sinfində oxumasını istəyirdilər. Toxlucanın Ceyran müəllimdən dərs alan sakinlərinin oğul-uşağı da yenə onun oturduğu sinif otağının qapısını döydü. Hələ ötən əsrin ortalarında ilk təhsilni Ceyran müəllimdən alan Toxluca məktəbinin neçə-neçə məzunu ölkənin ən nüfuzlu ali məktəblərinə daxil oldular, aralarından yüksək vəzifələrə irəli çəkilənlər də oldu.
Göyçə mahalında Ceyran müəllimdən söz düşəndə, adı yüksək ehtiramla çəkilərdi. Ona görə ki, hər yerdə onun şagirdlərinə rast gəlmək olardı. Uşaqların əllərindən tutub onlara "ana vətən", "doğma diyar" kəlmələrini öyrədən Ceyran Rzayeva 1988-ci ilə kimi pedaqoji fəaliyyətini doğma kənddə davam etdirdi. Doğma yurd-yuvasından didərgin düşdükdən sonra Xızı rayonunun Qarabulaq kəndində də müəllimlik etmək məsuliyyətini üzərinə götürdü.
1988-ci ildə qaçqınlıq düşəndən sonra Ceyran Rzayevada küskünlük yaranmışdı. Zülmün haqqa qalib gəlməsi onun qəlbini sındırmışdı. Hüseyn Bakıda duruş tuta bilmirdi... 1990-cı ildə Xızı rayonundakı Qarabulaq kəndində yeni yaşayış evləri tikərək qaçqın soydaşlarımızı məskunlaşdırdılar. Hüseyn kişi də Qarabulağa köçdü. Həyat yoldaşı Qarabulağa köçəndə əvvəlcə Ceyran xanım onunla getmək istəməmişdi. Çünki nə təbiətin gözəlliyi, nə də rahatlıq onun gözündə deyildi. Amma getməliydi, bu ömür yolunu sona qədər davam etdirməliyidi. Tezliklə Qarabulağa yollandı. Qarabulaqda toxtayar-toxtamaz başına yığıldılar. Buraya pənah gətirən Qərbi Azərbaycandan deportasiyaya məruz qalmış sadə insanlar bu gəlişə çox sevindilər.
Ceyran Rzayeva kəndə köçəndən
bir az sonra
rayon maarif şöbəsindən
yanına bir neçə nəfər gəldi.
Kənddə qaçqın uşaqlar üçün orta məktəb
açmaq lazım idi.
Nə edəcəkdilər, bu işi nə şəkildə yoluna
qoyacaqdılar, Ceyran müəllimin məsləhətlərinə
ehtiyacları var idi. Həm
də məktəbə rəhbərliyi uzun
illər qüsursuz pedaqoji
stajın sahibi kimi ona vermək istəyirdilər. Artıq
yaşı 70-i haqlamış Ceyran nənənin
sözü belə oldu:
mən işləmək istəmirəm, yorulmuşam.
Doğrudan da, son illər özünü həddindən artıq yorğun hiss edirdi. Bəlkə də
özündə güc
tapıb həmişə
vurğunu olduğu sənətini davam etdirərdi. Amma mənəvi
yorğunluğu buna
mane olurdu. Rayon maarif şöbəsinin müdiri isə əl çəkmək istəmirdi, iki gündən bir Ceyran Rzayevanın qapısı döyülürdü.
Axır ki, razılığını
aldılar. Amma məktəbi
harda açacaqdılar?
Məktəb üçün bina da yox
idi. Uşaqlara isə təhsil
lazım idi. Ceyran müəllim "məktəbi
mənim evimdə açın" - deyə
təklif etdi. Otaqların ən böyüyünü
seçdilər. Divarları, döşəməni
rənglədilər. Partalar, stol,
stul, yazı lövhəsi gətirdilər.
Artıq həyat onun çiyinlərinə
yeni borc qoyurdu...
Şagirdlərin sinifə ilk qədəm qoyanından tutmuş onuncu sinfə qədər hər yaşda şagird vardı. Bu uşaqları ona tapşırmışdılar.
Ceyran müəllim bu vəzifədən daha heç vaxt boyun qaçıra bilməzdi. Üç ay sonra bütün
kəndin hələ də "Ceyran müəllimin məktəbi"
dediyi yeni məktəb binası tikilib istifadəyə verildi.
1995-ci ilin noyabrında
Ceyran Rzayeva öz istəyi ilə müəllimlik fəaliyyətini dayandırdı. Çünki
məktəbdə bütün
işlər öz yoluna qoyulduğundan ömrünün bu çağında Ceyran nənə bir az dincəlmək,
nəvə-nəticələri ilə baş-başa qalmaq istəyirdi.
Bir neçə
gün sonra Ceyran nənə həyat yoldaşı ilə Bakıya - övladlarının yanına
qayıtdı. Dörd il sonra müharibənin
acısını görmüş, qaçqınlıq
həyatının faciəsini yaşamış
ər-arvadın - bir-birinin sevgisinin oduna qızınmış Ceyran
nənə ilə Hüseyn babanın "Qızıl toy" mərasimi
keçirildi.
Hər kəsin görə
bilmədiyi bu gözəl anı yaşamaq onlara qismət oldu.
Hüseyn
kişi ilə Ceyran nənənin övladları
onların mehribanlığından
dərs aldılar, özlərinə layiq ailə qurdular, ev-eşik sahibi oldular. Səadət, Azər, Könül, Emil,
Tahirə, Şəhla,
İsmayıl, Nərmin,
Aytən, Orxan, Ceyran, Cəmilə, İradə kimi tərbiyəli, savadlı
övladlar böyütdülər.
Nəticələri Fidan,
Nigar, Ülkər, Cavad, Vidadi, Nəzrin,
Əsmər, Həcər
Ceyran xanımın ocağının istisindən
ilham alırlar. Onu yaşadan, həyat eşqi verən övladlarının məhəbbətidir.
Ceyran nənə nəvə-nəticələrini də özü ilə bərabər 90 illik ömrünün
yaddaşına hopan xatirələrinin
istisinə qızındırır. Onlar da
Ceyran nənənin şirin xatirələrini
maraqla dinləyirlər.
Nəvə-nəticələr həmişə örnək götürdükləri
bu qadının həm də sirr yoldaşlarıdır.
Ömrünün ən mübhəm
sirlərini, ən şirin duyğularını
onlarla bölüşür.
Övladlarının fikrincə, insanlar
arasında münasibətlərin,
gəlişmələrin dəyişdiyi
zamanda bu yaşda adamın xatirələrini dinləmək,
onun işığına
yığışmaq bütöv
nəsli bir ocaqda birləşdirmək
deməkdir.
Yüksək mənəvi dəyərlərə
bağlılıq Ceyrana
anası Leylan xanımdan keçmişdi. Bu gözəl qadın öz davranışları
ilə övladlarına
nümunə olmuşdu.
Necə ki Ceyran nənənin
özü indi bir nümunədir. Qardaşları Ceyranın xətrini
çox istəyirdilər.
Söz düşəndə "biz dörd
yox, beş qardaşıq deyirdilər,
böyük qardaşımız
da Ceyrandı".
Xarakterindəki keyfiyyətləri,
düzgünlüyü, məsləhət
istəyənlərə doğru
yol göstərməsi,
insanı bir göz işarəsindən
anlaması onu qohum-əqrəbanın istəklisinə
çevirib.
Bu gün Ceyran nənə ömrünün 90-cı payızını yaşayır. Ömrünün bu vədəsində yenə də qıvraqdır. Ürəyi isə baş-başa verdiyi, istisinə qızındığı xatirələrin işığına sığınaraq yaşadığı qalan ömür payının arzuları ilə çırpınır. Bunların içərisində bir arzu çox müqəddəs, müqəddəs olduğu qədər də kövrəkdir. Bu, ömür vəfa edərsə, doğma yurdu görmək arzusudur.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2013.- 29 noyabr.- S.7.