Azərbaycan Prezidenti İlham Əliyevin və
Fransa Prezidenti Fransua Ollandın görüşü
Noyabrın 29-da Vilnüsdə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin və Fransa Respublikasının Prezidenti
Fransua Ollandın görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində
əməkdaşlığın inkişafından məmnunluq
bildirildi. Fransa Prezidenti Fransua
Olland Azərbaycanın
əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğuladı.
Fransa şirkətlərinin Azərbaycanda
uğurla fəaliyyət
göstərdiyi qeyd edildi və bu fəaliyyətin gələcəkdə də
genişləndiriləcəyinə əminlik ifadə olundu.
İkitərəfli əlaqələrin genişləndirilməsi
üçün qarşılıqlı
marağın olduğu
bildirilən görüşdə
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti
qeyd edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həllinə
və qarşılıqlı
maraq doğuran digər məsələlərə
dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 30 noyabr.- S.1.