Azərbaycan Prezidenti İlham Əliyev Vilnüsdə İspaniyanın

 Baş naziri Mariano Rahoy Brey ilə görüşmüşdür

 

Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya işgüzar səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Vilnüsdə İspaniya Krallığının Baş naziri Mariano Rahoy Brey ilə görüşmüşdür.

Baş nazir Mariano Rahoy Brey dövlət  başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdiona fəaliyyətində uğurlar arzuladı. O, İspaniya Kralının salamlarını dövlət başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan ilə İspaniyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulandı. İqtisadiyyatın biznes, inşaat, kənd təsərrüfatı, energetika və digər sahələrində əlaqələrimizin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələrin aparıldığı görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmi qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev İspaniya Kralının salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Krala çatdırmağı xahiş etdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 30 noyabr.- S.2.