Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimə Filippin xalqı da qoşulur.
Azərbaycan xalqının rifahının daha da yüksəldilməsində, regionda sülhün möhkəmləndirilməsində Sizə uğurlar diləyirəm.
Əminəm ki, qarşılıqlı maraq doğuran bütün məsələlərdə ikitərəfli əlaqələrin və Filippin ilə Azərbaycan arasında dostluq münasibətlərinin gücləndirilməsini davam etdirəcəyik.
Hörmətlə,
III Beniqno
AKİNO,
Filippin Respublikasının Prezidenti
Azərbaycan.-2013.- 30 noyabr.- S.2.