«Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında»

Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 582; 2005, ¹ 8, maddə 692; 2008, ¹ 11, maddə 960) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü və 13.2-ci maddələrdə "Kənd təsərrüfatı bitkilərinin" sözləri "Genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkilərinin" sözləri ilə əvəz edilsin;

2. 5.1-ci və 11.2-ci maddələrə "kənd təsərrüfatı bitkilərinin" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış" sözləri əlavə edilsin;

3. 6.5-ci və 11.1.4-cü maddələrə "kənd təsərrüfatı bitkiləri" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış" sözləri əlavə edilsin;

4. 11.2-ci maddədə "Kənd təsərrüfatı bitkiləri" sözləri "Genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkiləri" sözləri ilə əvəz edilsin;

5. 13.4-cü maddəyə "kənd təsərrüfatı bitkisinin" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 30 noyabr.- S. 4.