«Notariat haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununu "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 445-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 10, ¹ 6, maddə 414; 2001, ¹ 5, maddə 293, ¹ 11, maddə 687, ¹ 12, maddə 740; 2002, ¹ 5, maddə 241, ¹ 6, maddə 328, ¹ 12, maddə 706; 2004, ¹ 5, maddə 318; 2005, ¹ 4, maddə 281, ¹ 8, maddə 699, ¹ 10, maddə 903, ¹ 11, maddə 993; 2007, ¹ 1, maddə 4, ¹ 2, maddə 69, ¹ 8, maddə 745, ¹ 11, maddələr 1053, 1075; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 1, maddə 5, ¹ 7, maddə 517, ¹ 11, maddə 878; 2010, ¹ 7, maddə 597, ¹ 11, maddə 938; 2011, ¹ 4, maddə 258, ¹ 12, maddə 1098; 2012,

¹ 10, maddə 946) 36-cı maddəsinin birinci hissəsində "tələb etmək" sözlərindən sonra ", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 30 noyabr.- S. 4.