«Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan

 Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununu "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 445-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 19; 2001, ¹ 12, maddə 736; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 8, maddə 599, ¹ 10, maddə 787; 2005, ¹ 8, maddə 686; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 4, maddə 322; 2009, ¹ 7, maddə 517, ¹ 11, maddə 878; 2010, ¹ 5, maddə 375; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 478) 15-ci maddəsinin II hissəsinin dördüncü abzasında "çıxarmaq" sözündən sonra ", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 30 noyabr.- S. 4.