«Azərbaycan: İslam və azlıq təşkil edən dinlərin dinc yanaşı mövcud olma modeli» barədə AP-nin üzvləri Laslo Şuryanİnese Vaydere tərəfindən verilmiş press-reliz

 

2013-cü il noyabrın 12-də Avropa Parlamentində Azərbaycanla bağlı 2 tədbir keçirilmişdir: 1) "Azərbaycanda xristianlar, yəhudilər və digər dini azlıqlar" mövzusunda konfrans; 2) Avropa Parlamentində Heydər Əliyev Fondunun təşəbbüsü ilə məşhur fotoqraf Reza Deqatinin çəkdiyi şəkillərdən ibarət "Azərbaycan - tolerantlıq diyarı" adlı sərgi. Bu press-reliz həmin tədbirlər haqqında L.Şuryanın və İ.Vayderenin mətbuat üçün açıqlamasıdır.

Avropa Parlamentində ötən gün (2013-cü il noyabrın 12-si) Azərbaycana həsr edilmişdi, belə ki, orada bu ölkə ilə bağlı iki proqram təşkil olunub. Günortadan sonra keçirilən konfransda sədr müavini Laslo Şuryan ev sahibliyini həyata keçirmiş, Sərhədsiz İnsan Hüquqları Beynəlxalq Təşkilatı isə Azərbaycanda qeyri-müsəlman azlıqlarına həsr olunmuş hesabatını təqdim edib. Axşam isə latviyalı AXP (EPP - Avropa Xalq Partiyası) qrupundan olan Avropa Parlamentinin üzvü İnese Vaydere Azərbaycanda dini tolerantlığa həsr olunmuş sərginin açılışını edib. Hər iki tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirak edib. Bu tədbirlərin keçirilməsində məqsəd əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu bir ölkənin dünyəvilik nöqteyi-nəzərindən müsbət bir təcrübə nümayiş etdirdiyini və tolerantlıq mədəniyyətinin çoxluğun müsəlman olduğu bir ölkədə azlıq təşkil edən məzhəblərə necə yer vermək lazım olduğunu müəyyən etməyə kömək etdiyini göstərməkdən ibarət olmuşdur.

Sərhədsiz İnsan Hüquqları Beynəlxalq Təşkilatının direktoru Uilli Fautre, təşkilatın Azərbaycana səfər edən fakt-araşdırıcı missiyası tərəfindən təqdim edilmiş faktlara əsasən hazırlanmış Azərbaycanda qeyri-islam azlıqlarına həsr olunmuş hesabatını təqdim etmişdir. Dövlətin dünyəvi təbiəti, yəni dinin dövlətdən ayrı olması ölkənin hüquqikonstitusional cəhətdən əsasını təşkil edirbununla da, burada yaşayan insanlar dini mənsubiyyətlərindən asılı olmayaraq dinc və bərabərlik şəraitində yaşayırlar. "Hazıra qədər fundamentalist ideyalar Azərbaycanda müvəffəqiyyətli olmamışdır, amma yenə də sayıqlığı əldən vermək olmaz. Burada antisemitizm mövcud deyildir və dinlər arasında dinc münasibətlərin mövcud olması həm müsəlman icmasının üzvləri arasında, həm də əsas tarixi dinlər arasında hökm sürməkdədir" - bunu söyləməklə Uilli Fautre fikrini yekunlaşdırmışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov öz çıxışında aşağıdakıları vurğulayıb: "Azərbaycanın tolerantlıq modeli pozitiv sekulyarizm konsepsiyasına əsaslanır. Bu o deməkdir ki, heç bir dini konfessiyaya qarşı ayrı-seçkiliyə yol verilmirdin ictimai həyatdan təcrid edilmir. Bu, Fransa tipli "laiklik" (dünyəvilik) deyil, əksinə hər bir dini konfessiyayaquruma qarşı eyni və bərabər yanaşmanı nəzərdə tutur. Hər kəs öz qonşusuna ya din qardaşlığına, ya da insanlıq naminə hörmət etməlidir".

AP-nin üzvü, İnsan Hüquqları üzrə alt komitənin AXP (Avropa Xalq Partiyası) qrup əlaqələndiricisi İnese Vaydere sərginin açılışı zamanı qeyd edib: "Ölkənin unikal coğrafi mövqeyi, yəni Avropa və Asiyanın kəsişməsində yerləşməsi və hökumət tərəfindən həyata keçirilən dünyəvilik siyasəti, yəni siyasi məsələlərin dini təşkilatlardan uzaq tutulması Azərbaycanın tolerant ölkə kimi formalaşmasına gətirib çıxarmışdır və belə bir ölkədə dini icmalar dini əqidələrinə görə ayrı-seçkiliyə məruz qalmaq qorxusu olmadan dinc yanaşı yaşayırlar. Azərbaycanın dini tolerantlığı müxtəlif dini qruplar arasında münaqişələrin mövcud olduğu digər ölkələr üçün çox yaxşı nümunədir".

Avropa Parlamentinin Macarıstandan olan sədr müavini Laslo Şuryan bildirmişdir: "Daimi dəyişən ideologiyalar şəraitində insanlar digərləri arasında öz kimliklərini müəyyən etmək əzmində olurlar və bu zaman  müxtəlif hisslər və stereotiplər onların həyatına təsir göstərir. Ölkə liderləri insanların bu hisslərindən siyasi dəstək toplamaq məqsədi ilə istifadə etdikdə bu xüsusilə təhlükəli olur, belə ki, teokratik dövlətdə bu azlıq təşkil edənlərin və heç bir dini mənsubiyyəti olmayanların təqib edilməsinə gətirib çıxara bilər. Digər tərəfdən, dünyəvi dövlət diktaturaya çevrildiyidini həyatın bütün sahələrindən təcrid etməyi qarşısına məqsəd qoyduğu zaman da eyni səhvlər baş verə bilər. Biz sonuncunun kommunist rejimlərinə gətirdiyi acı təcrübənin şahidi olmuşuq. Nəzəri cəhətdən bu asandır; lakin, təcrübədə çoxluq və azlıq təşkil edən din və məzhəblərin arasında ədalətli tarazlıq  yaratmaq və onların dinc yanaşı yaşamasını təmin etmək olduqca çətindir. İnanıram ki, Azərbaycan modeli dünya üçün nümunədir.  Bu nümunə Ərəb baharının problemli ölkələri üçün faydalı ola bilər və qərb ölkələrində islamafobiaya qarşı mübarizəyə öz töhfəsini verər.

 

Azərbaycan.-2013.- 30 noyabr.- S.5.