Azərbaycanda qeyri-müsəlman
azlıqları: missiya hesabatı
Bu il noyabrın 12-də Avropa Parlamentinin vitse-prezidenti deputat Laslo Şuryanın (Avropa Xalq Partiyası, Macarıstan) ev sahibliyi etdiyi "Azərbaycanda xristianlar, yəhudilər və digər dini azlıqlar" adlı konfransda Sərhədsiz İnsan Hüquqları Beynəlxalq Təşkilatının sədri Uilli Fautre, bir neçə ay əvvəl Azərbaycanda qeyri-müsəlman dini icmaların hüquqları və ümumi vəziyyətinin öyrənilməsi məqsədilə ölkəmizə təşkil olunmuş fakt araşdırıcı missiyasının nəticələrini əks etdirən hesabat təqdim etmişdir. Aşağıda həmin hesabatı diqqətinizə çatdırırıq.
Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan dini müxtəliflik məsələlərini necə tənzimləyir? Sərhədsiz İnsan Hüquqları Beynəlxalq Təşkilatı bu məsələni araşdırıb.
Avqust ayında Sərhədsiz İnsan Hüquqları Beynəlxalq Təşkilatı əhalisi əsasən müsəlmanlardan ibarət olan (96%) Azərbaycanda yaşayan bir sıra dini azlıqların, yəni katolik və pravoslavlar, protestantlar, yəhudilər, Hare Krişnalar və digərlərinin nümayəndələri ilə görüşüb.
Azərbaycan keçmiş sovet respublikasıdır və 20 ildən artıqdır ki, öz müstəqilliyini əldə edib. Ölkə Konstitusiyasında deyilir: "Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır".
Ölkənin dövlətin dindən ayrı olması prinsipinə əsaslanan dünyəvi xarakteri bütün azərbaycanlıların dini əqidələrindən asılı olmayaraq dinc şəraitdə və bərabər hüquqlardan istifadə etməklə yaşaya bildikləri ümumi evin hüquqi və konstitusional əsasını təşkil edir. Bahailər İran və digər müsəlman ölkələrində təqib olunsalar da, Azərbaycanda qeydiyyatdan keçə biliblər. Yəhudilər burada anti-semitizmə məruz qalmırlar.
Azərbaycanda dinin dövlətdən ayrı olmasının bəzi xüsusiyyətləri:
Konstitusiyada İslam
dininin üstün rolu qeyd olunmayıb;
Məhkəmə
sistemi dünyəvi xarakter daşıyır və ailə məsələlərində şəriət
qanunu tətbiq edilmir;
Dini məsələlərə dair
qanunvericilik İslam və qeyri-İslam dini ilə bağlı
eyni müddəaları
daşıyır;
Qanunvericilikdə hər hansı
şəxsin dini əqidəsinin seçimini
və ya dinini dəyişdirməsini
məhdudlaşdıran heç
bir müddəa yoxdur. Bakıdakı Lüteran kilsəsinin
pastoru və Hare Krişna hərəkatının
lideri keçmişdə
müsəlman olublar.
Azərbaycanın dövlət məktəblərində
din bir fənn kimi tədris olunmur.
Çoxluq təşkil edən din ayinləri digər dinlərin nümayəndələrinə
zorla tətbiq edilmir; alkoqollu içki içənlərə
qarşı heç bir kampaniya aparılmır
və həmişə
olmasa da, supermarketlərdə donuz ətindən istehsal olunmuş məhsullara rast gəlmək mümkündür.
Qadın və kişilərin
hüquqları bərabərdir.
Valideyn hüquqları
və ya uşaqların himayəsi,
varislik və mülkiyyət hüquqları ilə
bağlı məsələlərdə
qadınlara qarşı
ayrı-seçkilik tətbiq
edilmir.
Müsəlman qadın və
kişilər digər
dinlərin nümayəndələri
ilə ailə həyatı qura bilirlər. Qarışıq
nikahlarda müsəlman
olmayan ailə üzvünə islam
dini məcburən qəbul etdirilmir.
Dinlərarası münasibətlər dinc şəkildə cərəyan edir və bütün səviyyələrdə həmrəyliyə
əsaslanır:
Azərbaycan müsəlmanları da daxil olmaqla, müxtəlif din nümayəndələrinin
xeyirxah ianələrinin
köməyi ilə Bakıda 2003-cü ildə
yeni sinaqoq açılıb.
Pravoslav
kilsəsi müsəlman
iş adamlarının
ianələri ilə
bərpa edilib.
Roma Papasının səfərindən
sonra ölkə Prezidenti katolik kilsəsinin tikilməsi üçün torpaq sahəsi ayırıb; digər dinlər də dövlət tərəfindən eyni münasibəti görür.
Azərbaycandakı dünyəvilik dinlərə qarşı düşmən mövqeyi demək deyil və dinin dövlətdən ayrı olması maliyyə və ya maddi yardımı istisna etmir. Keçən il dövlət Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon avro ekvivalentində vəsait vermiş, yerdə qalan qeyri-müsəlman dini assosiasiyalara isə onların üzvlərinin sayına müvafiq olaraq 400 min avro ayırıb. Vahabizm, sələfizm və dini radikalliq bir qayda olaraq dövlət və cəmiyyət tərəfindən alqışlanmır. Lakin Şimali Qafqazdan, xüsusilə Dağıstandan, o cümlədən İrandan olan İslam ekstremistləri ölkəni öz təsirləri altına almaq və öz ideologiyalarını yaymaq cəhdlərini davam etdirirlər. Bakı belə hesab edir ki, bu təhlükəni nəzərdən qaçırmaq olmaz, belə ki, o dünyəvilik, ictimai asayiş və ölkə daxili dinc şəraiti təhdid edir. Sayıqlıq zərurət olaraq qalmaqdadır.
Uilli FAUTRE,
Sərhədsiz İnsan Hüquqları Beynəlxalq Təşkilatının
direktoru
Azərbaycan.-2013.- 30 noyabr.- S.5.