Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Si Cinpinə

 

Hörmətli cənab Sədr!

 

Çin Xalq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

 Azərbaycan ilə Çin arasında mövcud olan ənənəvi dostluq münasibətlərinin genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı məmnunluq doğurur. Biz bu əlaqələrə xüsusi əhəmiyyət veririk.

Ümidvaram ki, qarşılıqlı hörmət və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, işgüzar əlaqələrimizin daha da dərinləşməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülhrifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 1 oktyabr.- S.2.