E.İ.Qulamovun Rusiya Federasiyasının Sankt-Peterburq

 şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin

 edilməsi haqqında

 

Azərbaycan Respublikası  Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 1 oktyabr.- S.2.