Azərbaycanın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasında atıcı və yüngül silahların tətbiqi və yayılması məsələlərinə dair bəyanat vermişdir

 

Nyu-Yorkda BMT Baş Məclisinin 68-ci sessiyasında  iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov atıcı və yüngül silahların istifadəsi məsələlərinə dair bəyanatla çıxış etmişdir.

BMT Təhlükəsizlik Şurasında Avstraliyanın sədrliyi dövründə atıcı və yüngül silahların istifadəsi məsələlərinə dair görülmüş işləri dəstəkləyən, sessiyada problemə dair məlumat verilməsinə görə BMT-nin baş katibinə və Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidentinə  minnətdarlığını bildirən E.Məmmədyarov  bu məsələnin müzakirə olunmasının əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, çünki bu,  Təhlükəsizlik  Şurasının münaqişə və postmünaqişə vəziyyətlərində atıcı və yüngül silahlardan  istifadə olunması  məsələlərinə dair  qərarlarının  səmərəliliyini qiymətləndirməyə, möhkəmləndirmə və reaksiyavermə metodlarını nəzərdən keçirməyə  imkan verir. Bu da  öz növbəsində  müvafiq beynəlxalq öhdəliklərin  yerinə yetirilməsinə təkan verəcəkdir. Diplomat vurğulamışdır ki, atıcı və yüngül silahların  qanunsuz yerdəyişməsi, pozucu akkumulyasiyası, düzgün tətbiq  edilməməsi böyük problemlər, o cümlədən  münaqişə və zorakılıq üçün  şərait yaradır. Azərbaycan  atıcı və yüngül silahların qanunsuz istehsalının, yerdəyişməsinin, dövr etməsinin, lazımsız akkumulyasiyasının və nəzarətsiz  proliferasiyasının  qarşısının alınmasına, aradan qaldırılmasına dair  beynəlxalq təşəbbüs  və metodları  tam dəstəkləyir.

Bəyanatda deyilir ki, Azərbaycan yuxarıda deyilən  məsələlər üzrə  bütün öhdəlikləri  yerinə yetirmək və məqsədə çatmaq   üçün  dövlət, regionalqlobal səviyyələrdə müvafiq  tədbirlər görməyə davam edir.

Sonra E.Məmmədyarov  Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davamlı işğalının yaratdığı ciddi maneələrdən söz açmışdır.  Beynəlxalq hüquq normalarını və üzvü olduğu təşkilatların  müvafiq  regional sənədlərinin bəndlərini  pozan Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində  hərbi potensialını artırmaqda davam edir. Atıcı, yüngüladi silahlar beynəlxalq birliyin  nəzarətində olmayan  işğal edilmiş ərazilərə külli miqdarda daxil olmaqdadır.

Nazir sonda bildirmişdir ki, Azərbaycan  Ermənistan tərəfindən işğal edilmiş ərazilərində bu dövlət tərəfindən atıcı və yüngül silahların, habelə digər adi silahların qanunsuz şəkildə yerdəyişməsi barədə beynəlxalq birliyi dəfələrlə məlumatlandırmışdır. Biz bütün dövlətlərə müraciət edərək onları  Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan, regionumuzda sülhün və tərəqqinin bərqərar olunmasına əngəl törədən  belə qanunsuz hərəkətlərə yol verməməyə, onları pisləməyə və qarşısını almağa çağırırıq.

 

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2013.- 1 oktyabr.- S.5.