Azərbaycan İKT sahəsində dünya bazarına mükəmməl layihələr təqdim edir

 

Yerli mütəxəssislərin hazırladıqları layihələr bir çox ölkələrdə uğurla tətbiq olunur

 

 XX əsrin sonlarına doğru informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olmaqla gündəlik həyatımızın tərkib hissəsinə çevrilməyə başladı. Bu gün bütün inkişaf etmişinkişaf etməkdə olan ölkələr İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar. Dünya təcrübəsi göstərir ki, İKT-dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edirbu texnologiyalar həm də əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması üçün tutarlı vasitələrdəndir.

İnformasiya cəmiyyətinə istiqamətlənmiş yol bəşəriyyətin gələcəyinə gedən yoldur və dünyanı İKT-nin bəxş etdiyi yeniliklərsiz təsəvvür etmək qeyri-mümkündür. İKT-nin tətbiqinin səviyyəsi hər bir ölkənin intellektualelmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Müasir dövrümüzdə dünyanın bir çox dövlətlərində İKT-nin təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadisosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın qabaqcıl cəmiyyətləri sayılırlar. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və digər məsələlərdir.

Müasir tələblər baxımından informasiyakommunikasiya texnologiyalarının inkişaf səviyyəsi həm də hər bir dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Azərbaycan da bu mənada istisna təşkil etmirinformasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması ölkəmizin ali məqsədlərindən biridir. 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi də ölkəmizdə bu sahənin inkişafına olan diqqətin göstəricisidir.

Azərbaycanda İKT infrastrukturunun yaradılmasına və gücləndirilməsinə, İKT xidmətlərinin tətbiqinin genişləndirilməsinə böyük diqqət yetirilir. Əksər sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Bu mənada təsadüfi deyil ki, bu gün İKT sektoru Azərbaycanda energetikadan sonra ən dinamik inkişaf edən sahədir. Respublikamızda ən yeni texnologiya - 4G-nin tətbiqi, milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radiointernet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi, "ASAN" xidmət mərkəzlərinin yaradılması informasiya-kommunikasiya texnologiyalarının inkişafının əyani göstəricisidir. Elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması, Azərbaycanın süni telekommunikasiya peykinin orbitə çıxarılması informasiya-kommunikasiya texnologiyalarının potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradır.

Ümumiyyətlə, cəmiyyət həyatının müxtəlif sahələrində tətbiq olunan informasiya texnologiyaları əsasən inkişaf etmiş ölkələrdə yaradılıb və ixrac olunub. Lakin artıq elə bir zaman yetişib ki, azərbaycanlı mütəxəssislər və Azərbaycan şirkətləri bu sahədə öz sözlərini layiqincə deməyə başlayıblar. Ölkəmizin dinamik inkişafı informasiya texnologiyaları sahəsinin yüksəlişinə təkan verməklə yanaşı, yerli mütəxəssislərin yetişməsi və onlar tərəfindən dünya səviyyəli İKT layihələrinin ərsəyə gətirilməsi ilə müşahidə olunmaqdadır. Azərbaycan mənşəli olmaqla beynəlxalq status daşıyan "Simbrella" şirkətlər qrupu məhz yüksək səviyyəli İKT layihələrini hazırlaması və uğurla həyata keçirməsi ilə dünyanın hər yanında tanınır.

"Simbrella" şirkətlər qrupunun baş icraçı direktoru Seymur Məmmədovun sözlərinə görə, İT sahəsində fəaliyyətə başlamaları 1999-cu ilə təsadüf edir. 14 il əvvəl yaradılan "Digital Services Company" adlı şirkət "Azercell" mobil operatoru ilə əməkdaşlıq edərək mobil telefona musiqi və şəkil yükləmək xidmətini həyata keçirmişdi. Həmçinin "Qoroskop" və "Zəngimcell" kimi xidmətləri bazara çıxarmışdı. İndi də "Digital Services Company" bu sahədə uğurla fəaliyyət göstərir.

2006-cı ildə isə bu gün "Azercell" abunəçilərinin razılıqla yararlandığı "Simkredit" layihəsi yarandı və həyata keçirildikdən sonra bu xidmət abunəçilər tərəfindən çox yaxşı qarşılandı. "Simkredit" xidmətinin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün "Simbrella" şirkətini yaratdıqlarını deyən Seymur Məmmədovun bildirdiyinə görə, bundan sonra hər iki şirkət "Simbrella" şirkətlər qrupunda fəaliyyət  göstərməyə başlayıb. Hazırda isə "Simbrella" şirkətlər qrupuna "R-Com" və "Tandem"lə birlikdə ümumilikdə 4 şirkət daxildir.

Mobil operatorlar üçün texnoloji proqram aparat kompleksləri yaradan şirkətlər qrupunun ən məşhur məhsulu isə qeyd etdiyimiz kimi, "Simkredit" platformasıdır. Bu məhsul sonradan xarici ölkələrin mobil operatorlarına da təklif olunub və çoxsaylı sifarişlər alınıb. Çünki xidmət sonralar daha da inkişaf etdirilərək dünya səviyyəli platforma yaradılıb. Hazırda "Simkredit" layihəsi 12 ölkədə 15 operator tərəfindən uğurluözünü doğruldan bir xidmət olaraq tətbiq olunur. Bu xidmət artıq dünyanın bir neçə ölkəsində "Simbrella"nın məhsulu olaraq patentləşdirilib. Bu xidmətlə əlaqədar "Simbrella" şirkətlər qrupunun Rusiya, Macarıstan, Ukrayna, Hollandiya, Kanada və Özbəkistan kimi ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.

"Simbrella"nın məhsullarından biriikinci virtual nömrə layihəsidir. Bu layihə mobil operatorlar tərəfindən maraqla qarşılanıb. Moldovada bir aya, Qırğızıstanda isə ilin sonuna kimi tətbiq olunacaq.

Onu da qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mobil Cihazların Qeydiyyat Sistemini "Simbrella" şirkətlər qrupuna daxil olan "R-Com" şirkəti yaradıb. Bu sistem ölkəyə keyfiyyətsiz və sağlamlıq üşün təhlükə törədən, çox şüalandıran telefonların gətirilməsinin qarşısını alıb.

Bunlardan başqa, şirkətlər qrupunun mobil əlavələrlə bağlı layihəsi də var. Bu "İ-Pad" markalı planşetlər üçün "Azərbaycanın tarixi abidələri" adlı əlavədir.  Bununla da "İ-Pad" istifadəçiləri ölkəmizin 50-dən çox abidəsi haqqında Azərbaycan, rusingilis dillərində məlumat əldə etmək, şəkillərini görmək imkanı qazanıb. Mobil əlavə "Apple store"də yerləşdirilib və dünyanın istənilən nöqtəsində tarixi abidələrimizə baxmaq mümkündür. Bu əlavə tədricən "İ-Phone", "Android" və "Windows" əməliyyat sistemləri üçün də həyata keçiriləcək. Onu da qeyd edək ki, bu, kommersiya layihəsi deyil. Gələcəkdə Qarabağ atları, Azərbaycan xalçaları və qədim sikkələrlə bağlı belə mobil əlavələr hazırlanması da gözlənilir.

Seymur Məmmədovla İKT mütəxəssisləri ilə bağlı söhbətləşdik. Qeyd etdi ki, ayrıca "Simbrella" şirkətinin Rusiya, Ukrayna, Özbəkistan, Boliviya, Kanada, Macarıstan, Qana, Gürcüstan və digər ölkələrdə nümayəndəlikləri var. Baş ofisi Bakıda yerləşən şirkət ilk gündən yalnız yerli mütəxəssislərə üstünlük verib. Hazırda burada 40-a yaxın peşəkar mütəxəssis çalışır. "Simkredit" layihəsinin tətbiq olunduğu bütün ölkələrdə proqram təminatını azərbaycanlı mütəxəssislər həyata keçirirlər.

Seymur Məmmədov qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə peşəkar İKT mütəxəssisi tapmaq olduqca çətin idi. Sonrakı dövrdə xaricdə təhsil alan və Azərbaycanda bu sahə ilə fərdi şəkildə maraqlanan insanların arasından bacarıqlı İKT mütəxəssisləri formalaşıb. Amma hazırda əsas məsələ İKT sahəsində bugünkü səviyyəni saxlamaq yox, daha da inkişaf etdirməkdir. Bunun üçün isə İKT təhsilinə xüsusi diqqət yetirilməlidir. Hazırda bu sahədə mütəxəssis yetişdirilməsi sahəsində fərqlənən ali məktəb Qafqaz Universitetidir. İKT üzrə kadr hazırlığı işi daim təkmilləşdirilməli, yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi məqsədilə ölkənin ali təhsil ocaqlarında təhsilin elmi tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyasına daha əlverişli mühit yaradılmalı, dünyanın qabaqcıl təhsil ocaqları ilə əlaqələr genişləndirilməlidir. 2013-cü ilin İKT ili elan edilməsi ilə əlaqədar ölkəmizin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb. Bu, İKT-nin inkişafı istiqamətində Azərbaycan dövlətinin siyasi iradəsini göstərir.

Təbii ki, İKT akademiyasının yaradılması bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsinə geniş yol açacaq. Öz növbəsində "Simbrella" şirkətlər qrupu da akademiyanın işinə öz töhfələrini verə bilər. Belə ki, tələbələrə burada təcrübə keçmək imkanı yaradılacaq.

İKT-nin inkişafı, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində qarşıda duran prioritet vəzifələrdəndir.

Göstərdiyi xidmətlərə görə həm də iri vergi ödəyicisi olan "Simbrella" şirkətlər qrupunun fəaliyyəti göstərir ki, Azərbaycanda bu sahədə qarşıda duran vəzifələr uğurla həyata keçir. Azərbaycan İKT sahəsində dünya bazarına mükəmməl layihələr təqdim edir. Azərbaycanlı mütəxəssislərin hazırladıqları layihələr bir çox ölkələrdə uğurla tətbiq olunur. Bütün bunlar ondan xəbər verir ki, qarşıdakı illərdə Azərbaycan İKT sahəsində dünya bazarında öz yerini daha da gücləndirərək aparıcı mövqeyə sahib olacaq.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 1 oktyabr.- S.9.