2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənli
tərəfindən təyin edilmiş səlahiyyətli
nümayəndələrin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 33/192
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənli səlahiyyətli nümayəndələr təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
- Rüfət İbrahim oğlu Hacıbəyli
- Erkin Toğrul oğlu Qədirli
- Hamlet Qəhrəman oğlu Səfixanlı
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29.09.2013
Azərbaycan.-2013.-
1 oktyabr.- S.10.