2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndəsi Bayram Abbasovun 27 sentyabr 2013-cü il tarixli 09 saylı müraciətinə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 33/196

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndəsi Bayram Abbasov 2013-cü il sentyabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək prezidentliyə namizədliyi qeydə alınmış Fərəc Quliyevin 25 sentyabr 2013-cü ildə Şamaxı şəhərində saat 15.00-a təyin edilmiş seçicilərlə görüşündə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 86.1-ci maddəsinin  tələblərinin bəzi hallarda pozulmasını bildirib, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilərək rəy tərtib edilib, Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

2013-cü il sentyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının  səlahiyyətli nümayəndəsi Bayram Abbasov Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin müraciətinin ərizəçiyə geri qaytarılmasını xahiş etmişdir.

Ərizə şəxsən şikayətçi Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının  səlahiyyətli nümayəndəsi Bayram Abbasov tərəfindən yazılıb imzalandığına və onun iradəsini ifadə etdiyinə görə təmin edilməli, müraciətin baxılmasına xitam verilməli və şikayət ərizəsi şikayətçiyə geri göndərilməlidir.

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndəsi Bayram Abbasovun 27 sentyabr 2013-cü il tarixli 09 saylı müraciəti ərizəçi tərəfindən geri götürüldüyü üçün müraciətin baxılmasına xitam verilərək, şikayət ərizəsi ərizəçiyə geri göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

29.09.2013

Azərbaycan.-2013.- 1 oktyabr.- S.10.