Tanınmış alimin 80 illik yubileyi qeyd olundu

 

Sentyabrın 30-da Azərbaycan Texniki Universitetində (AzTU) ali məktəbin televiziya radiosistemlər kafedrasının professoru, tanınmış alim Çingiz Əfəndiyevin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr  edilmiş elmi-praktik konfrans keçirilmişdir.

AzTU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfransda universitetin rektoru, professor Havar Məmmədov yubilyarın mənalı ömür yolundan, əmək fəaliyyətindən, gənc mühəndis kadrların hazırlanması, müasir televiziya radiosistemlərin yaradılması inkişafında xidmətlərindən danışmışdır.

Tədbirdə rabitə informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, nazirliyin Beynəlxalq Əlaqələr Mərkəzinin  direktoru Cəlil Cəfərov,  Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti Texniki İstehsalat Birliyinin direktoru Arzu Abdullayev, həmin qurumun baş mühəndisi Rəhim Dərafərin, AzTU-nun prorektoru Elşad İsmibəyli, professorlar Rəhim Şükürov, Ayaz Kəngərli, Bayram İbrahimov, Ağarəhim Rəhimov ölkəmizdə televiziya radiosistemlərin inkişafı, respublikada ali təhsilli mühəndis-texniki kadrların hazırlanmasında alimin səmərəli fəaliyyətindən söz açmışlar.

Natiqlər ölkəmizdə şəhərlərarası telefon rabitəsi üçün külli miqdarda telefon kanalları yaradılması, televiziya verilişləri yayımının keyfiyyətinin yüksəldilməsi, bəzi müəssisələrdə istehsalat proseslərinin avtomatlaşdırılması   xüsusi televiziya qurğusunun icad  edilməsində professor Çingiz Əfəndiyevin yaradıcı əməyini qeyd etmişlər.

Bildirilmişdir ki, AzTU-da  televiziya radiosistemlər  kafedrasının yaradılmasında, televiziya üsullarının təbabətdə tətbiq edilməsində alimin  böyük rolu olmuş, səmərələşdirici təkliflərinə ixtiralarına görə o, bir sıra  fəxri mükafatlara layiq görülmüşdür.

Sonda yubilyar göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.-2013.- 1 oktyabr.- S.11.