Niderlandın nüfuzlu «De Telegraaf» qəzetində

 Azərbaycan haqqında məqalə dərc edilib

 

Bu il mayın 14-19-da Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycana səfər edən avropalı jurnalistlərdən ibarət nümayəndə heyətinin arasında hollandiyalı Van İn Onzerolmuşdur. Niderlandın nüfuzlu və ən yüksək tirajlı "De Telegraaf" qəzetində Van İn Onzerin həmin səfərin təəssüratları ilə bağlı məqaləsi dərc edilmişdir.

AzərTAc xəbər verir ki, məqalədə Bakıda həyata keçirilən geniş tikinti-quruculuq və abadlıq işlərindən, regionlarda turizmin inkişafı üçün infrastrukturun yaradılmasından bəhs edilir.  

Müəllif məqaləyə belə başlayır: "Bu barədə nə düşünürsünüz? İndiyə qədər heç vaxt bu sualı məndən belə tez-tez soruşmazdılar. Məlumdur ki, Azərbaycanın inkişafı sübut olunmuş reallıqdır. Faktiki olaraq, Azərbaycanda gördüklərim özünəməxsus, görüşlər xüsusi, tanış olduğum yerlər isə qeyri-adi idi. Beləliklə, yuxarıda verilən suala cavab tapmaq üçün lap əvvəldən, yəni Bakıdan başlamalıyıq".

Məqalədə deyilir: "Min illər boyunca Azərbaycanın paytaxtı inkişaf etmiş və hələ də çiçəklənməkdədir. Şəhərdə geniş tikinti işləri aparılır. Ofishotel kimi fəaliyyət göstərməsi nəzərdə tutulan ultramüasir "Alov qüllələri" kompleksinin tikintisi artıq başa çatmışdır. Biz şəhərə gecə çatdıq və binaların üzərindəki 10 minlərlə işığın yaratdığı möhtəşəm mənzərənin şahidi olduq. Bu işıqlar hərfi mənada "Odlar yurdu" Azərbaycanın yeni rəmzinə çevrilmişdir".

"Buradakı təbii qaz çox zaman birbaşa yerdən çıxaraq alova çevrilir", - deyə sanki dünyanın ən adi faktından danışırmış kimi Emil bildirir. O, əslən Azərbaycandan olsa da, hazırda Londonda yaşayır. Emil deyir: "20 il bundan əvvəl Azərbaycandan çıxmışam. O vaxtdan bəri çox şey dəyişmişdir. Hər yerdə təzə binalar tikilmişdir". "Doğrudan da, bir-birinin ardınca yeni binalar tikilirbütün binalar sanki Azərbaycanı işıqlandırır. Köhnə sovet binalarını və müasir Xəzər bulvarını xatırlatmağa ehtiyac yoxdur".

Van İn Onzer yazır: "Gündüz gözümüzün qarşısında tamamilə yeni dünya açılır. Emil bizi tarixi XII əsrə aid qala divarları arasındakı İçərişəhərə apardı. Burada bir vaxtlar "İpək yolu"ndan istifadə edən karvanların keçdiyi ensiz orta əsr yollarını görürük. Buralar, xüsusilə də keçmişdə tacirlərin gecələdikləri Karvansaray "Min bir gecə" nağıllarında təsvir edilən yerlərə bənzəyir. İndi bu məkanlardan restoran, çay evi mağaza kimi istifadə edilir".

Bakı çox qaynar şəhərdir. Nəqliyyatı nəzərə almasaq, hər şey olduqca rahatdır. Alış-veriş məkanlarının yaxınlığı piyadalar üçün rahatlıq yaradır burada insanların istirahət etmələri üçün çoxlu parklar var. Gəzinti üçün ən yaxşı yerlərdən biri bulvardır. Emil deyir ki, Bakıda insanlar avropalılardan fərqli olaraq, parklarda sakit rahat şəkildə gəzirlər. Azərbaycan xalqı çox çalışqandır. Onlar  həm tez-tez uzaq məsafələrə gəzintiyə çıxır istirahətdən zövq alırlar. Burada hamı nahar vaxtından əlverişli istifadə edir. Biz yerli sakinlər kimi bir yerdə əyləşərək istirahət edirik.

Ertəsi gün nahar etdikdən sonra biz Qafqaz dağlarına doğru yola düşürük. Bu dağlar məşhur istirahət yerləridir. İnsanlar təmiz hava almaq üçün bura gəlirlər. Qədim zamanlarda da bu ərazilər çox tanınmışdır. Rusiya, Fars, Yunan Roma imperiyaları hər zaman bu ərazi ilə maraqlanmışlar. Heç vaxt özünəməxsusluğunu itirməyən Qəbələ kimi yerlər bu ərazilərin yadigarıdır. Qəbələdə möhtəşəm tikinti işləri aparılır. Ölkənin keçmiş Prezidenti Heydər Əliyev Azərbaycana sabitlik gətirmişdir. Söhbət etdiyimiz insanlar Heydər Əliyevdən oğlu, hazırkı Prezident İlham Əliyevdən razılıqlarını bildirdilər. "Ölkəmiz inkişaf edir, yeni yerləri açılır hər şey müasirləşir", - deyə Fuad adlı bir vətəndaş bizimlə söhbətində deyir. Biz onunla işlədiyi piano fabrikində söhbət etdik. O, fəxrlə deyir: "Azərbaycanın ilk tək piano fabriki Qəbələdədir".

Müəllif yazır ki, bu piano fabriki Hollandiyanın məşhur piano istehsalçısı Hans Lefernik tərəfindən icra edilən ən mühüm layihələrdən biridir. "Bir vaxtlar mən babamın adını daşıyan "Beltmann" şirkətini idarə edirdim. Amma bu, maliyyə baxımından olduqca çətin idi. Mən Azərbaycanda əsl Beltmann pianoları istehsal etmək bu istehsal prosesini insanlara öyrətmək şansı qazanmışam. Hazırda Qəbələnin müxtəlif yerlərindən 140 peşəkar işçi ilə ildə 1000 piano istehsal edirik. Burada hər şey əl işidir", - deyə Hans Lefernik bildirir. O, bizə piano istehsalının hər bir mərhələsini göstərdi. H.Lefernik deyir: "Mən öz işim üçün yaşayıram. Qəbələnin təbiətində gəzinti hər şeyə dəyər".

Qəbələni tərk edərək XVIII əsrə aid Xan sarayının yerləşdiyi Şəki şəhərinə üz tuturuq. Bu möhtəşəm sarayın tikintisində bir dənə mismardan istifadə edilməmişdir. Zahirən bina 3D tapmacalara bənzəyir. Binanın heyrətamiz gözəlliyə malik fasadına baxa-baxa Emil bizə deyir: "XIX əsrdə Şəkinin ruslar tərəfindən işğal edilməsinə bir çox binaların dağıdılmasına baxmayaraq, sakinlər bu abidəni qoruyub saxlaya bilmişlər".

Həm xaricən, həm daxilən saray əsl sənət abidəsidir. Tikintidə istifadə edilən taxta, şüşə daş olduqca gözəl vəhdət yaratmışdır. Sarayın birinci mərtəbəsindəki əsas otaqda fəvvarə vardır.

Hollandiyalı jurnalist məqaləsini bu fikirlərlə bitirir: "Azərbaycan tikintinin geniş vüsət aldığı bir ölkədir. Bakıda bu proses demək olar ki, artıq bitsə də, Qəbələ və digər bölgələrdə sürətli şəkildə davam edir".

 

Azərbaycan.-2013.- 1 oktyabr.- S.11.