Məhəbbət haqqında daha bir əfsanə

 

"28 Cinema" kinoteatrında Azərbaycanın xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında çəkilmiş eyniadlı filmin nümayişi olmuşdur.

Tədbir yenicə çapdan çıxmış dördüncü nömrəsinin üz qabığını çoxdan gözlənilən filmin baş qəhrəmanlarının çoxdan bəzədikləri "Nargis" jurnalı tərəfindən təşkil edilmişdir.

"28 Cinema" kinoteatrından AzərTAc-a bildirmişlər ki,  tədbirdə romanın müəllifi, xalq yazıçısı Elçin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti  Bakı filialının rektoru Nərgiz Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri Sevda Kayğısız və  bu ekran əsərinin bütün aktyor heyəti iştirak etmişlər. 

Son dərəcə gözəl filmdə baş rolların ifaçıları - türkiyəli aktyor Aras Bulut İynəmli və Qazaxıstandan olan Eva Dedova gecəyə Jan Ateliernın eksklüziv kolleksiyasından olan geyimdə gəlmişdilər.

Filmdə görkəmli azərbaycanlı aktyor Fəxrəddin Manafovuaktrisa Məlahət Abbasovanı da görmək çox xoş olmuşdur.  Gecəni "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova açmışdır. O, filmin nümayişinə toplaşmış qonaqları salamlamış və bu işin həyata keçməsində əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.  Daha sonra qonaqlar qarşısında Əbulfəs Qarayev, İsmail Alper Coşkunxalq yazıçısı Elçin çıxış etmişlər.

Nəfis furşetdən sonra qonaqlar filmi izləmək üçün zala keçmişlər.

Türkiyənin "24 Kare Film" şirkəti tərəfindən ekranlaşdırılmış ekran əsəri Ziyad xanın oğlu Mahmudkeşişin qızı Məryəmin faciəvi məhəbbətindən bəhs edir. Bu layihə Azərbaycan və Türkiyə kinematoqraflarının birgə səmərəli fəaliyyəti sayəsində ərsəyə gəlmişdir.

Bu,  mümkün olmayan maneələri aşan məhəbbət haqqında daha bir əfsanədir. Bu cür məhəbbət inanılmazdır və ona görə də bütün  zamanlarda faciəvidir. Reallıq burada möcüzə ilə sıx qarışmışdır və bu, izah ediləbiləndir: bu cür məhəbbət - həmişə möcüzədir.

 

Azərbaycan.-2013.- 1 oktyabr.- S.12.