Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Xətai
rayonundakı 315 və
8 nömrəli
körpələr evi - uşaq bağçalarında əsaslı
təmirdən sonra
yaradılmış
şəraitlə tanış olmuşdur
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Bakının Xətai rayonundakı 315 və 8 nömrəli körpələr evi - uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, fondun prezidenti Mehriban Əliyeva əvvəlcə 315 nömrəli körpələr evi - uşaq bağçasına gəldi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, 1976-cı ildən fəaliyyət göstərən bu bağça indiyədək əsaslı təmir olunmamışdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyulunda başlanmışdır. Əsaslı təmir nəticəsində bağçada yüksək şərait yaradılmışdır.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, bağçada 1 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 20 nəfər peşəkar mütəxəssis məşğul olacaqdır. Bağçada 6 qrup vardır.
* * *
Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva 8 nömrəli körpələr evi - uşaq bağçasında yaradılmış şəraitlə tanış oldular.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bağçanın ümumi sahəsi 1,2 hektardır. Həyətdə geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmış, xüsusi istirahət guşələri yaradılmış, uşaq attraksionları qurulmuşdur.
Azərbaycanın birinci xanımı bağça binasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.
Bildirildi ki, 2 mərtəbəli bina 1977-ci ildən fəaliyyət göstərmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmamışdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyununda başlanmışdır.
Məlumat
verildi ki, 220 yerlik bağçada 190 uşağın təlim-tərbiyəsi
ilə 24 pedaqoji və 25 xidməti işçi məşğul
olacaqdır. Bağçada 2 yaşdan 6 yaşadək 3 rus, 7
Azərbaycan qrupu fəaliyyət göstərəcəkdir.
Azərbaycan.-2013.- 2 oktyabr.- S.2.