Bakıda gənc rus dili müəllimlərinin, aspirantların və rusist tələbələrin «MDB-də inteqrasiya proseslərinin inkişafının əsası olan rus dilinə dəstək» mövzusunda regional forumu açılmışdır

 

Oktyabrın 1-də "Park İnn" hotelində  gənc rus dili müəllimlərinin, aspirantların və tələbələrin "MDB-də inteqrasiya proseslərinin inkişafının əsası olan rus dilinə dəstək" mövzusunda regional forumu açılmışdır.

Müstəqil Dövlətlər Birliyinin, Xarici Ölkələrdə Yaşayan Həmvətənlərin İşləri və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik (Rossotrudniçestvo) və L.N.Tolstoy adına Tula Dövlət Pedaqoji Universiteti tərəfindən təşkil edilmiş forum "Rus dili (2011-2015-ci illər)" məqsədli federal proqram çərçivəsində keçirilir.

AzərTAc xəbər verir ki, forumda Azərbaycan, RusiyaGürcüstan nümayəndələri iştirak edirlər.

Forumun açılışında  Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, L.N.Tolstoy adına Tula Dövlət Pedaqoji Universitetinin rektoru Vladimir Panin, Azərbaycan Dövlət Teleqraf Agentliyinin  - AzərTAc-ın baş direktoru Aslan Aslanov, "İnterfaks-Azərbaycan" agentliyinin baş direktoru Aleksandr İvanov, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Yazıçılar Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, ali məktəblərin rektorları, Milli Məclisin deputatları, orta məktəb direktorları, 150-dən çox rus dili müəllimi, aspirant, magistr və tələbə iştirak etmişlər.  RF-nin Azərbaycandakı səfiri Vladimir DoroxinTula Universitetinin rektoru Vladimir Panin forum iştirakçılarına təbrik nitqi ilə müraciət etmişlər.

Azərbaycanın və Rusiyanın yaradıcı kollektivləri də iştirakçıları salamlamışlar.

Sonra mətbuat konfransı olmuşdur. L.N.Tolstoy adına Tula Dövlət Pedaqoji Universitetinin rektoru Vladimir Panin, Bakı Slavyan Universitetinin prorektoru Asif Hacıyev, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva, "Rossotrudniçestvo" agentliyinin  Azərbaycandakı nümayəndəliyinin başçısı Valentin Denisov jurnalistlərin suallarına cavab vermişlər.

Elə həmin gün "Xarici dil kimi rus dilinin tədrisinin sosial-linqvistik, linqvistiklinqvokulturoloji problemləri" mövzusunda  elmi-praktik konfrans olmuşdur.

Konfransın plenar iclaslarında milli məktəblərdə morfologiyasintaksisin tədrisi məsələlərinə, aliorta məktəblərdə rus dilinin tədrisinin kommunikativ metodikası problemlərinə dair məruzələr dinlənilmişdir.

Forum oktyabrın 4-dək davam edəcəkdir.

Forum çərçivəsində gənc rus dili və ədəbiyyatı müəllimləri üçün ustad dərsləri, metodiki seminarlar, Rusiya nəşriyyatlarının müasir tədris-metodiki, sorğu, elmi-populyar ədəbiyyatı nümunələrindən ibarət sərgi, açıq rus dili və ədəbiyyatı dərsləri, viktorina, ədəbi-musiqili gecə, "dəyirmi masa" olacaqdır.

 

Azərbaycan.-2013.- 2 oktyabr.- S.8.