Koreya Respublikasının Prezidenti zati-aliləri xanım Pak
Kın Heyə
Hörmətli xanım Prezident!
Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
Son illərdə ikitərəfli əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, eləcə də bir sıra sahələrdə müvəffəqiyyətlə davam edən qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda addımlarımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 3 oktyabr.- S.1.