Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli
qərarı ilə təsdiq edilmiş
"İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə
sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin
Siyahısı"nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 264 Bakı şəhəri,
25 sentyabr 2013-cü il
"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 937 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1031) ilə təsdiq edilmiş
"İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
üzrə sığorta ödənişinin təyin edilməsi
üçün sənədlərin
Siyahısı"nın 1.1.5-ci və 1.1.7-ci yarımbəndlərindən
"notarial qaydada təsdiq edilmiş" sözləri
çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 3 oktyabr.- S. 2.