"Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi,  daşınması və boşaldılması Qaydaları"nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 265             Bakı şəhəri, 25 sentyabr 2013-cü il

 

 

 "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

"Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2013-cü il 25 sentyabr tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmişdir

 Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması

 

QAYDALARI

 

 1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 208.2-ci maddəsinə əsasən hazırlanmışdır və təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaş-dırılması, yüklənməsi, daşınması və boşaldılması qaydalarını müəyyən edir.

1.2. Təhlükəsiz ixrac sxeminin məqsədi malların təhlükəsiz qaydada qablaşdırılmaqla, başqa mallardan ayrılıqda, heç bir kənar müdaxilə olmadan yüklənməsini, daşınmasını və təyinat yerində boşaldılmasını təmin etməkdir.

1.3. Bu Qaydalar gömrük orqanları tərəfindən təsdiq edilmiş birya bir neçə təhlükəsiz ixrac sxemi çərçivəsində malların daşınmasına, onlarla əlaqədar müvafiq əməliyyatların aparılmasına və ya ixracına cəlb olunmuş şəxslərə tətbiq edilir.

1.4. Bu Qaydaların müddəaları şəxslərin malları gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxemindən kənar daşımasına, onlarla müvafiq əməliyyatlar aparmasına və ya ixrac etməsinə mane olmur.

 

 

2. Təhlükəsiz ixrac sxemi çərçivəsində gömrük təminatları

 

 2.1. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların qablaşdırılması üçün təhlükəsiz bağlamalardan, onlara kənar müdaxilələrin qarşısının alınmasına və belə halların müəyyənləşdirilməsinə imkan verən gömrük təminatlarından istifadə olunur.

 

2.2. Bu Qaydaların 2.1- ci bəndində qeyd edilən təminatların gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxeminə uyğun olaraq bağlamaya vurulması gömrük orqanları tərəfindən həmin təhlükəsiz bağlamaya təkrar gömrük təminatlarının vurulmasına mane olmur.  

 

2.3. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallar gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya birya bir neçə gömrük təminatı vurulduqdan sonra da həmin sxem üzrə ixrac olunan mallar hesab olunur.

 

 

 

3. Malların qablaşdırılması, yüklənməsi,

 

daşınması və boşaldılması

 

 

 

3.1. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların qablaşdırılmasına dair tələblər aşağıdakılardan ibarətdir:

 

3.1.1. malların qablaşdırıldığı bağlamaların konstruksiyasının bütövlüyünün və salamatlığının təmin olunması;

 

3.1.2. mallara gömrük nəzarətinin asan şəkildə aparılmasına şərait yaradılması;

 

3.1.3. malların daşınma üsulundan asılı olaraq, qablaşdırma materiallarının düzgün seçilməsi.

 

3.2. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların yüklənməsinə dair tələblər aşağıdakılardan ibarətdir:

 

3.2.1. malların yüklənməsi zamanı şəxslər tərəfindən kənar müdaxilənin mümkünsüzlüyünün təmin edilməsi;

 

3.2.2. malların yükləndiyi yerlərdə onların xüsusiyyətləri nəzərə alınmaqla, nizamlı şəkildə yerləşdirilməsi;

 

3.2.3. qarışıq malların yüklənməsi zamanı onların xüsusiyyətləri nəzərə alınmaqla, qruplaşdırılaraq yerləşdirilməsi;

 

3.2.4. malların yükləndiyi nəqliyyat vasitələrinin yük bölmələrində toxunulmazlığının təmin edilməsi.

 

3.3. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların daşınması zamanı aşağıdakılar təmin edilir:

 

3.3.1. malların insanın həyatının və əmlakının təhlükəsizliyinə dair məcburi tələblərə uyğun  nəqliyyat vasitələrində daşınması;

 

3.3.2. malların müəyyən olunmuş marşrutla daşınması;

 

3.3.3. malların daşınması zamanı onların salamatlığının təmin edilməsi;

 

3.3.4. xüsusi saxlanma şəraiti tələb edilən malların saxlanc yerlərinin təcrid edilmiş ayrıca bölmələrdə yerləşdirilməsi.

 

3.4. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların çatdırıldığı təyinat yerlərində boşaldılmasından əvvəl aşağıdakılar təmin edilir:

 

3.4.1. malların çatdırıldığı yer üzrə gömrük orqanının məlumatlandırılması;

 

3.4.2. malların yerləşdirildiyi bağlamalardakı gömrük təminatlarının mövcudluğunun yoxlanılması;

 

3.4.3. malların daşındığı marşrut üzrə baş vermiş hər hansı qəza hadisəsinin mövcud olması halında mallarla bağlı ilkin mühafizə işlərinin aparılması və dəymiş zərərin nəticələri barədə gömrük orqanının məlumatlandırılması.

 

3.5. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların çatdırıldığı təyinat yerlərində boşaldılması zamanı onların təhlükəsiz yerlərə nizamlı şəkildə boşaldılması təmin edilməlidir.

 

 

 

4. Malların daşınması üsullarına, malların yüklənməsinin, boşaldılmasının və saxlanılmasının təhlükəsiz yerlərinə, malları daşıyan şəxslərə münasibətdə təhlükəsizliklə bağlı tələblər

 

 

 

4.1 Malların təhlükəsiz ixrac sxemi çərçivəsində daşınması hava, dəmiryol, dəniz, daxili suya avtomobil nəqliyyatı vasitələri, yaxud kombinə (müxtəlif nəqliyyat vasitələrindən istifadə etməklə) edilmiş üsullarla həyata keçirilir.

 

4.2. Malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxslə daşıyıcı arasında bağlanan yük daşınması müqaviləsində malların təhlükəsiz ixrac sxemi çərçivəsində daşınması ilə bağlı tərəflərin hüquq və vəzifələri dəqiq göstərilməlidir.

 

4.3. Malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs malların yüklənməsinin, boşaldılmasının və saxlanılmasının təhlükəsiz yerlərinə münasibətdə aşağıdakıları təmin etməlidir:

 

4.3.1. mühasibat sənədlərinin təhlükəsiz qaydada saxlanılmasını;

 

4.3.2. fors-major hallarında təxliyyə planlarının mövcud olmasını;

 

4.3.3. malların yüklənməsi, boşaldılması saxlanılması üçün xüsusi yerlərin ayrılmasını;

 

4.3.4. malların qablaşdırılması üçün təhlükəsiz bağlamalardan onlara kənar müdaxilələrin qarşısının alınmasına belə halların müəyyənləşdirilməsinə imkan verən gömrük təminatlarından istifadə olunma şəraitini;

 

4.3.5. malların qablaşdırıldığı saxlanıldığı yerlərə giriş imkanları müəyyən olunmuş şəxslərin siyahısının müəyyənləşdirilməsini;

 

4.3.6. informasiya sistemləri sahəsində təhlükəsizliyin təmin olunmasını;

 

 4.3.7. kommunikasiya (su, elektrik, yanğın, siqnalizasiya, videomüşahidə) xətlərinin obyektdə nəqliyyat vasitələri üçün yolun dayanacaqların olmasını.

 

4.4. Malları daşıyan şəxslərə münasibətdə tələblər aşağıdakılardan ibarətdir:

 

4.4.1. malların Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi təhlükəsizlik normalarına standartlarına uyğun olaraq təyinat yerinə çatdırılması;

 

4.4.2. təhlükəsizlik mühafizə standartlarının tətbiqi imkanlarının olması;

 

4.4.3. fors-major hallarında müəyyən olunmuş marşrutdan kənarlaşma ya yükləmə-boşaltma yerlərindən başqa digər yerlərdə mallarla əməliyyatlar aparılması, malların mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi dəymiş zərərin nəticələri barədə gömrük orqanlarının dərhal məlumatlandırılması;

 

4.4.4. malların yerləşdirildiyi bağlamalarda gömrük təminatlarının mövcudluğunun salamatlığının yoxlanılması.

 

 

 

5. Təhlükəsiz ixrac sxeminin təsdiqi ya təsdiqindən

 

imtina edilməsi

 

 

 

5.1. Təhlükəsiz ixrac sxemi aşağıdakı hallarda təsdiq edilir:

 

5.1.1. mallara kənar müdaxilə ehtimalı olduqda;

 

5.1.2. malların xüsusiyyətlərinə görə onların təhlükəsiz qaydada qablaşdırmaqla ixrac edilməsi zəruri olduqda.

 

5.2. Təhlükəsiz ixrac sxeminin təsdiq edilməsi üçün malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs tərəfindən gömrük orqanınaİnzibati icraat haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq kağız üzərində yazılı ya elektron formada ərizə ilə müraciət edilir.

 

5.3. Ərizə ilə birlikdə aşağıdakılar təqdim edilir:

 

5.3.1. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışının) nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

 

5.3.2. ərizəçi hüquqi şəxs ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

 

5.3.3. təhlükəsiz ixrac sxemi çərçivəsində malların yüklənməsi, boşaldılması saxlanılması nəzərdə tutulan tikililərin dövlət qeydiyyatına alınması barədə çıxarış onlara dair texniki sənədlər (pasport plan- ölçü);

 

5.3.4. bu Qaydaların 3-cü 4-cü hissələrinin tələblərinə riayət edəcəyi barədə yazılı öhdəlik;

 

5.3.5. təhlükəsiz ixrac sxemi.

 

5.4. Bu Qaydaların 5.3.5-ci yarımbəndində qeyd olunan təhlükəsiz ixrac sxemində bu Qaydaların 8.1-ci bəndinin tələbləri təsdiq edilməklə, aşağıdakılar da göstərilməlidir:

 

5.4.1. təhlükəsiz ixrac sxemi çərçivəsində malların yüklənməsi, boşaldılması saxlanılması nəzərdə tutulan təhlükəsiz ixrac sxemi çərçivəsində malları ixrac edən şəxsin mülkiyyətində, icarəsində ya istifadəsində olan tikililərin ünvanı əlaqə vasitələri;

5.4.2. təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallar barədə alqı-satqı müqaviləsi bağlanıldığı vaxtdan gömrük ərazisindən aparılmasına qədər həmin malların müəyyən marşrut üzrə hərəkət cədvəli.

5.5. Daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən 3 (üç) günü müddətində baxılır. Bu Qaydaların 5.7-ci bəndində göstərilən hallar mövcud olmadıqda, malların təhlükəsiz ixrac sxeminin təsdiq edilməsi barədə qərar qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə dərhal məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqda, müraciətə 1 (bir) günü müddətində yenidən baxılır müvafiq qərar qəbul edilir.

5.6. Təhlükəsiz ixrac sxemi təsdiq edildiyi tarixdən qüvvəyə minir.

5.7. Təhlükəsiz ixrac sxeminin təsdiq edilməsindən aşağıdakı hallarda imtina edilir:

5.7.1. ərizəçi ixracı nəzərdə tutulan malların daşınması, onlarla bağlı əməliyyatların aparılması prosesinə ya ixracına cəlb olunmuş şəxs olmadıqda;

5.7.2. bu Qaydaların 5.3-cü 5.4-cü bəndlərinin tələblərinə riayət olunmadıqda;

5.7.3. ixrac edilməsi nəzərdə tutulan malların gömrük ərazisindən aparılması qadağan edildikdə ya məhdudlaşdırıldıqda.

5.8. İmtinaya əsas olmuş hallar aradan qaldırıldıqdan sonra təhlükəsiz ixrac sxeminin təsdiqi üçün bu Qaydalara uyğun olaraq yenidən gömrük orqanına müraciət edilə bilər.

 

6. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə qərarın ləğv edilməsi

 

 

6.1. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə qərar malları ixrac edən şəxsə səbəbləri qüvvəyə minmə tarixi göstərilən yazılı formada bildiriş göndərilməklə, gömrük orqanları tərəfindən aşağıdakı hallarda ləğv edilir:

6.1.1. malları ixrac edən hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş ya ölmüş elan olunduqda;

6.1.2. cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara digər hüquqpozmalara yol verdiyi aşkar edildikdə.

6.2. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə gömrük orqanlarının qərarı malları ixrac edən şəxsin əsaslandırılmış yazılı müraciəti olduqda da ləğv edilir.

6.3. Ləğvetmə haqqında qərarın qüvvəyə mindiyi tarixdən malların təhlükəsizliyinin ixracının təsdiq olunmuş təhlükəsiz ixrac sxemi müddətində həyata keçirilməsi təmin olunmalıdır.

 

 

7. Təsdiq edilmiş təhlükəsiz ixrac sxeminin qüvvədə olma məsələsinə yenidən baxılması

 

 

7.1. Gömrük orqanları təsdiq etdikləri təhlükəsiz ixrac sxeminin qüvvədə olma məsələsinə aşağıdakı hallarda yenidən baxırlar:

7.1.1. malların ixracı zamanı fors-major hallar nəticəsində malların qablaşdırılması, yüklənməsi, boşaldılması daşınması ilə bağlı bu Qaydaların 3-cü hissəsinin tələbləri pozulduqda;

7.1.2. malların ixracı zamanı mallara dair məsul şəxs tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxemi ilə əlaqədar bu Qaydaların 4-cü hissəsinin tələblərinə riayət olunmadıqda.

 

 

8. Təhlükəsiz ixrac sxemi çərçivəsində təsdiq edilməli olan məsələlər

 

 

8.1. Malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs tərəfindən aşağıdakılar təsdiq edilməlidir:

8.1.1. təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edilməsi nəzərdə tutulan malların gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya yerləşdirildiyi vaxtdan ixrac edilənədək gömrük nəzarəti altında olması;

8.1.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrinin saxlanılması yoxlanılması ilə bağlı səlahiyyətlərinin təhlükəsiz bağlamalarda yerləşdirilmiş gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə şamil edilməsi;

8.1.3. gömrük orqanlarının vəzifəli şəxslərinin ixrac olunması nəzərdə tutulan mallar barədə aşağıdakı şəxsləri sorğu-sual etmək səlahiyyəti:

8.1.3.1. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;

8.1.3.2. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibiniya istifadəçisini;

8.1.3.3. bu Qaydaların 8.1.3.1-ci və 8.1.3.2-ci yarımbəndlərində göstərilən şəxslər tərəfindən işə götürülmüş şəxsi.

 

Azərbaycan.-2013.-  3 oktyabr.- S. 2.