Ekologiya və təbii sərvətlər naziri Xaçmazda vətəndaşları qəbul etmişdir

 

Oktyabrın 2-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Xaçmazda bu rayondan, eləcə də Quba, Qusar, Şabran, Xızı və Siyəzəndən olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda  60-a yaxın vətəndaşın müraciətlərinə baxılmışdır.

Qəbulda ətraf mühitinekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqis. məsələlərlə bağlı şikayət və təkliflər dinlənilmişdir.

Şikayət xarakterli müraciətlər qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, eyni zamanda, aidiyyəti qurumlara çatdırılması üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilmiş, vətəndaşları narahat edən bəzi məsələlər isə yerindəcə həllini tapmışdır.

 

Azərbaycan.-2013.-  3 oktyabr.- S. 3.