Korrupsiyaya qarşı mübarizə gücləndirilir

 

Dünyanın nüfuzlu araşdırma mərkəzləri Azərbaycanın

 korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətləri təqdir edirlər

 

 Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri sistematik, genişmiqyaslı və səmərəli şəkildə həyata keçirilir. Ölkə başçısının 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" bu baxımdan mühüm əhəmiyyətli sənəddir. Korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində qurmağabu sahədə görülən tədbirləri daha səmərəli surətdə davam etdirməyə yönəldilən Milli Fəaliyyət Planı dövlət idarəçiliyində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin inkişaf etdirilməsi məqsədini daşıyır.

Ölkə başçısı İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə eyni zamanda əsas istiqamətləri dövlət idarəçiliyində hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin dəstəklənməsi olan Açıq Hökumətin təşviq edilməsinə  dair Milli Fəaliyyət Planı da təsdiq edilmişdir. Bu Milli Fəaliyyət Planının qəbul edilməsi  Azərbaycanın beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri kimi bu prinsiplərə sadiqliyini  bir daha  nümayiş etdirir. Açıq Hökumət Tərəfdaşlığının  prinsiplərinə müvafiq olaraq dövlət orqanları tərəfindən fəaliyyətləri barədə  ictimaiyyətə geniş məlumatlar verilməsi, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi, əhaliyə təqdim olunan  xidmətlərin  keyfiyyətinin artırılması  kimi mühüm elementləri özündə əks etdirən Milli Fəaliyyət Planı  ilk növbədə,  idarəçilikdə  şəffaflığı təmin edən bütün  komponentləri özündə birləşdirməklə yanaşı, korrupsiyaya qarşı mübarizə işinə mühüm töhfə verməyə başlamışdır.

 Vətəndaşlara dövrün tələblərinə müvafiq sivil xidmət  göstərmək və yeni müasir, sosialyönümlü innovasiyaların tətbiqindən ibarət Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininonun tərkibində "ASAN" xidmət mərkəzlərinin yaradılması mühüm antikorrupsiya tədbirlərindən biridir. Dövlətlə vətəndaş arasında əlaqə xətti olan bu qurum  korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olmaqla, onun əsas hədəfi vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, icra müddətlərinin qısaldılması, vaxt itkisinin azaldılması üçündür. Artıq yeni dövlət qurumunun fəaliyyəti vətəndaşlar tərəfindən çox yüksək qiymətləndirilir.

Bu gün dünyanın nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində  əldə etdiyi uğurlar  barəsində müsbət fikirlər səsləndirirlər.

Avropa Komissiyası üçün statistik tədqiqatlar aparan "Eurobarometr" agentliyinin 2012-ci ildə Avropa Birliyinə üzv olan 27 ölkədə keçirdiyi sorğunun nəticələrinə əsasən avropalıların təxminən 75 faizi korrupsiyanı ölkəsinin əsas problemi sayır. Avropa Birliyinin daxili işlər üzrə komissarı Cecilia Malmstrom bəyan edib ki, korrupsiya ölkəni daxildən dağıdan, demokratik institutlara inamı sarsıdan, siyasi rəhbərliyin məsuliyyətini azaldan bir xəstəlikdir. Korrupsiya nəticəsində Avropa Birliyinə dəyən iqtisadi zərər ildə 120 milyard avro qiymətləndirilir. Avropanın ən aparıcı ölkələrinın korrupsiya "bəlasından" əziyyət çəkdiyi, maliyyə böhranı nəticəsində korrupsiya hüquqpozmalarının daha əcaib formalarda  təzahür etdiyi bir vaxtda Azərbaycanda bu sahədə mühüm irəliləyişlər əldə edilmişdir.

"Transparensy İnternational" təşkilatının "2013-cü il Qlobal Korrupsiya  Barometri" hesabatında ölkəmizin  korrupsiyaya qarşı mübarizə sahəsində  ciddi irəliləyişlər etdiyi bir daha təsdiq olunub. Hesabatın nəticələrinə əsasən, respondentlərin 68 faizi korrupsiyaya qarşı Azərbaycan dövləti tərəfindən həyata keçirilən mübarizə tədbirlərini səmərəli hesab edib. Dünya üzrə respondentlərin 50 faizindən çoxu korrupsiyanın səviyyəsinin son iki ildə artmış olduğu qənaətinə gəldiyi halda, Azərbaycanda respondentlərin 73 faizi respublikamızda korrupsiyanın səviyyəsinin artmadığını qeyd edib.

Avropa  Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti  cari il iyulun 15-də regiona ilk səfəri çərçivəsində Bakıda keçrilən mətbuat konfarnsında ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını, korrupsiyanın aradan qaldırılması istiqamətində uğurlu addımlar atıldığını xüsusi qeyd etmişdir.

Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri ilə bağlı bu günlərdə yayılan hesabat da diqqəti cəlb edib. 2013-cü il sentyabr  ayının 23-25-də  Paris şəhərində OECD təşkilatının (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı)  Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı  çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edib.

Hesabatda Azərbaycanda  korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilmiş və bu sahədə əldə edilmiş nailiyyətlər vurgulanmışdır. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dair və  Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları, ölkə rəhbərliyinin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən "ASAN" xidmət mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzalanan fərman və sərəncamlar müsbət məqamlar kimi qeyd olunur. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi bildirilir.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeliona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi mütərəqqi təcrübə kimi göstərilir. Şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun  Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) fəal iştirakı xüsusilə qeyd edilir. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin hazırlanması, icrası və monitorinqinə vətəndaş cəmiyyəti üzvlərinin cəlb edilməsi və bu əməkdaşlığın daha da möhkəmlənməsini nəzərdə tutan "Vətəndaş İştirakçılğı haqqında" qanun layihəsinin parlamentdə iki oxunuşdan keçməsi müsbət hal kimi qeyd edilir.

OECD-nin hesabatı və "Transparency İnternational" təşkilatının  "2013-cü il Qlobal Korrupsiya Barometri" hesabatı Azərbaycanda korrupsiya ilə mübarizənin kifayət qədər səmərəli mübarizə mexanizminin formalaşdırıldığını təsdiq edir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlər mötəbər beynəlxalq təşkilatlar tərəfindən təqdir edilsə də, təəssüflər olsun ki, aqressiv müxalifət təmsilçiləri bu nailiyyətlərə kölgə salmağa uğursuz cəhdlər edilir. Birmənalı şəkildə demək olar ki, bu kimi cəhdlər əssasız olduğu üçün daim iflasa uğrayır və belə çağırışların məhz indiki halda səsləndirilməsi qazanılmış uğurlara qısqanclıqla yanaşmanın göstəricisi kimi qarşılanır.

 

 Elnur HACALIYEV,

Azərbaycan.-2013.-  3 oktyabr.- S. 6.