Qolf Federasiyası Azərbaycan
idmanına öz töhfəsini verəcək
Oktyabrın 2-də Azərbaycan Qolf Federasiyasının (AQF) və Qolf Akademiyasının (QA) inzibati binasının açılış mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatları, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, AQF-nin yaradılması, gənclərin bu növə cəlb olunması və bu sahədə idmançıların yetişdirilməsi böyük nailiyyətdir. Ümid edirik ki, 2016-cı ildə Olimpiya Oyunlarında bu növdə də ölkəmizi təmsil edən idmançımız olacaq.
Azərbaycan Qolf
Federasiyasının prezidenti Anar Məmmədov çıxış edərək
federasiyanın missiyası və hədəfləri barədə
danışıb. Qeyd edib
ki, binanın tikintisinə 2012-ci ilin aprelindən başlanıb və ümumi sahəsi 2400 kvadratmetrdir.
Binanın tikintisi zamanı Avropanın
aparıcı qolf akademiyalarının təcrübələrindən
istifadə olunub. Binada
yeraltı parkinq, soyunma
otaqları, duş, iki
qolf simulyator
otağı və kafe fəaliyyət
göstərir. Azərbaycan Qolf
Federasiyası da qeyd olunan binada yerləşir.
Akademiyanın ərazisində həmçinin "Championship 8 hole mini golf" konsepsiyasında dizayn
edilmiş və son nəsil
sintetik ot
örtüyündən ibarət qolf
meydançası yerləşir. Meydançada PGA (Professional
Golf Association) dərəcəli instruktorlar qolfla maraqlananlara qolf təlimləri keçir. Bundan başqa
akademiyanın meydançası
qolf oynamaq istəyənlər üçün
də açıqdır.
Meydançanın ümumi
sahəsi 14 min kvadratmetrdir
ki, onun da 6700 kvadratmetri Hollandiya istehsalı olan sintetik otla
örtülüb. Ümumilikdə kompleksin dizaynını Hollandiyanın dünyaca məşhur "European Golf Group" şirkəti hazırlayıb.
A.Məmmədov qeyd edib ki,
bütün bunlar Azərbaycanda idmanın kütləviliyinin artırılması
istiqamətində həyata
keçirilən köklü
islahatların real nəticələridir. Regionlarda idmanla
məşğul olanların
sayının sürətlə
artması müşahidə
olunur. İndi bölgələrdə müasir idman infrastrukturu yaradılır,
yenilərinin təməli
qoyulur. Azərbaycanda idmanın bütün
növlərinin ikişafı
diqqət mərkəzindədir.
Qubada Milli Qolf Klubunun
yaradılması bunun
əyani təsdiqidir.
Milli Qolf Akademiyası isə peşəkar qolfçuların və həvəskarların hazırlanması
üzrə aparıcı
mərkəz olacaq.
Sonda federasiyanın
inzibati binasına baxış olub.
Elçin CƏFƏROV,
Azərbaycan.-2013.- 3 oktyabr.- S. 7.